Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) pis yuxu görənə: “Sol tərəfinə üç dəfə xəfifcə tüpürsün,”[1] – buyurur. “Şeytandan və gördüyü pis yuxunun şərindən Allaha sığınsın”.[2] “Yuxusunu heç kəsə danışmasın”.[3] “Yuxu görərkən hansı tərəfə yatırdısa, əks tərəfə dönsün”.[4] “İstəsə, durub (iki rükət) namaz qılsın”.[5]
[1]. Müslim, Rüya 5
[2]. Müslim, Rüya 5
[3]. Müslim, Rüya 6
[4]. Müslim, Rüya 5
[5]. Müslim, Rüya 6
Röya əsrlər boyu insanlara ən çox diqqətini, marağını cəlb edən mövzulardan biridir. Ən qədim dövrlərdən bəri yuxuların mahiyyətini araşdırmışlar. Röyan, “misal aləmindəki qədərlə əlaqəli lövhələrin, eyniylə və ya fərqli formada yuxu halında ruhumuza əks etməsidir.”