Sual: Protez göz və ya gözdən axan iltihab dəstəmazı pozarmı?
Qüsl və dəstəmaz alarkən gözlərin içinin yuyulması gərəkmir. Bu mövzuda İslam alimləri ittifaq etmişlər. (Mövsili, əl-İxtiyar, I, 40, 57; İbn Abidin, Rəddul-Muxtar, I, 97; Nəvəvi, əl-Məcmu, I, 369). Buna görə də gözə taxılan protezlər, linzalar dəstəmaza və qüslə mane deyildir.
Gözə taxılan protezin özü dəstəmaza mane olmadığı kimi, protezə görə gözdən axan gözyaşı dinimizə görə təmiz sayıldığı üçün dəstəmazı pozmaz. Hədisdə: “Gözyaşından və burun axıntısından ötrü dəstəmaz almaq lazım deyildir.” (Abdurrəzzaq, əl-Musannəf, I, 146, hədis No: 559) buyurulur. Ancaq gözdən, dinən nəcis sayılan qan, irin və iltihab kimi şeylərin çıxması ilə Hənəfi məzhəbinə görə dəstəmaz pozulur (Mərğinani, əl-Hidayə, I, 17).
Şafei məzhəbinə görə isə ön və arxa xaric vücudun digər yerlərindən çıxan şeylərdən dolayı dəstəmaz pozulmur. Buna əsasən gözdən axan iltihab, qan və b. mayelərə görə dəstəmaz pozulmur. (Maverdi, əl-Havi, I, 199-200; Şirbini, Muğnil-muhtac, I, 64).
Qaynaq: DİB Fetvalar, Ankara, 2018, səh. 83)