عَنْ أَب۪ي هُرَيْرَةَ t قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: لَأَنْ يَجْلِسَ أَحَدُكُمْ عَلٰى جَمْرَةٍ فَتُحْرِقَ ثِيَابَهُ فَتَخْلُصَ إِلٰى جِلْدِهِ خَيْرٌ لَهُ مِنْ أَنْ يَجْلِسَ عَلٰى قَبْرٍ»
Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir:
“Qəbrin üstündə oturmaqdansa, paltarları yandıran və istiliyi dəridən içəri işləyən isti köz üstündə otursanız, daha yaxşıdır”. [Müslim, Cənaiz 96]
عَنْ جَابِرٍ t قَالَ: نَهٰى رَسُولُ اللّٰهِ أَنْ يُجَصَّصَ الْقَبْرُ وَأَنْ يُقْعَدَ عَلَيْهِ وَأَنْ يُبْنٰى عَلَيْهِ.
Hz. Cabir (r.a.) nəql edir:
“Allah Rəsulu (s.ə.s.) qəbri kirəclə suvamağı, üstündə oturmağı və bina tikməyi qadağan elədi”. [Müslim, Cənaiz 94]
İzah: Qəbrin yeri bilinsin deyə onu məqbul ölçüdə hündür etmək uyğun olsa da, üstündə bina tikib evə çevirmək və bu cür binaları suvamaq, boya ilə rəngləmək uyğun görülməmişdir. Bununla birlikdə, alimlər vəfat edən Haqq dostları, şeyx və böyük alimlərin məzarlarını da ziyarət edənlərin istirahəti üçün türbə və gümbəz kim tikililərə icazə vermişlər.