3. 320 dəfə oxunub ,   0 şərh   Çap et

İslamın qəza və qədər adlı iman əsasını insan azadlığına zidd kimi qəbul etmək doğru deyildir. Çünki bir müsəlmanın qədərə iman etməsi əsas etibarilə hər şeyin Allahın elmi, iradəsi, qüdrəti və yaratması ilə gerçəkləşdiyinə, Allahdan baş­qa yaradan olmadığına inanması deməkdir.

Qədərə iman məsuliyyəti bir kənara atmaq demək deyil. Çünki İslam qüdrət sahibi, kainatı yaradan Uca Allahı tanımağı, Onun insanları iradəli varlıqlar kimi yaratdığına, savab və cəzanı bu iradəyə görə verəcəyinə inanmağı tələb edir. “Müsəlmanların qədərə iman etməsi onların öz iradələri ilə seçim etməsinə ziddir” sualını mərhum Əhməd Həmdi Aksəki “Əxlaq dərsləri” əsərində belə cavablandırır:

“Müsəlmanların qəza və qədərə iman etməsini iradəyə zidd görənlər olsa da, bu anlayış tamamilə yanlışdır. İslamda qədərə imanın mahiyyəti doğru-dürüst anlaşıldıqdan sonra bu kimi düşüncələrin nə qədər yanlış olduğu bilinəcəkdir. Çünki bir müsəlmanın qədərə iman etməsi o deməkdir ki, o, əsas etibarilə xeyir və şəri yaradanın Allah olduğunu qəbul edir. Yəni müsəlman kainatın həm əzəmət və qüdrət sahibi olan Yaradanına və Onun sonsuz iradəsinə, həm də məsuliyyət daşısın deyə ona verilmiş cüzi iradənin varlığına inanır. İslam dini bunun hər ikisini öyrədir. İnsanların kainatda mütləq və külli bir ilahi iradənin hakim olduğunu qəbul etmələri məsuliyyətin əsas amili olan cüzi iradəni onların əllərindən almır”.[1]

Qısacası, hər işində hikmət və ədalət olan Allah-Təala insanlar qüsurlarına bəhanə axtarmasınlar, eləcə də savab və günahlarına əsas təşkil etsin deyə iradə vermişdir. Bu iradəyə cüzi iradə və ya cüzi ixtiyar deyilir. Seçmək və istəmək, niyyət etmək və əzm göstərmək mənalarına gələn cüzi ixtiyar qüsurunu qədərin boynuna yıxmaq istəyən insanların qabağını kəsib: “Məsulsan, çünki seçən sənsən”, − deyir.


[1] Ahmed Hamdi Akseki “Ahlâk Dersleri”, s. 77.



Açar sözləri

qədər qəza

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Orucun kəffarəsi

Kim Ramazan ayında üzrsüz səbəbdən və xəstə olmadığı təqdirdə tutduğu orucu pozarsa, ömür boyu oruc tutsa da həmin orucun yerinə keçməz.

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

Pozulan nafilə oruc qəza edilməlidirmi?

Ramazan ayı xaricində insanın öz istəyi ilə tutduğu oruclar nafilə oruc sayılır. Nafilə belə olsa başlanılan ibadəti tamamlamaq lazımdır.


Şərh yaz