5. 644 dəfə oxunub ,   0 şərh   Çap et

Qadını qadın həkim, kişini də kişi həkim müayinə etməlidir. Zərurət hallarında qadın kişi həkimin, kişi də qadın həkimin yanında müayinə oluna bilər. Əsasən bu kimi hallar müraciət olunan xəstəxananın imkanlarının məhdudluğu, şəxsin maddi vəziyyəti, həkimlərin peşəkarlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Müracət etdiyimiz xəstəxananı və həkimi seçmə imkanlarını nəzərə alaraq kişilər mümkün qədər kişi həkimlərini, qadınlar da qadın həkimlərini tərcih etməsi daha məqsədəuyğundur.

Bu bir reallıqdır ki, ölkəmizdə kişi həkimlərin xarici ölkələrə gedərək peşakarlıq və ixtisalarını artırma nisbəti qadınlara nəzərən daha çoxdur. Xəstələr də istər-istəməz peşakar həkimlərə dah çox etibar edirlər.

Ancaq burada kişi həkimin də öhdəsinə vəzifə düşür. Qadın xəstəni müayinə edərkən onunla özü arasında mümkün qədər naməhrəmlik sərhədini gözləməlidir. Yəni baxmalı, yaxud da toxunmalı olduğu yerə ehtiyac nisbətində baxıb-toxunmalı, ehtiyac olmayan yerlərə isə nə baxmalı, nə də toxunmalıdır. İmkan daxilində müayinə zamanı tibb bacısının köməyindən də istifadə etmək olar. Bu mövzuda fiqhi qayda belədir, zərurət halında yalnız verilən rüsxət nisbətində davranmaq olar. O rüsxətdən kənara çıxmaq yol verilməzdir[1].

[1]İbn Abidin, “Haşiyəti Rəddil-Muxtar”, 6/371.



Açar sözləri

həkim müayinə qadın

Bənzər məqalələr

Ultrasəs müayinəsi orucu pozur?

Endoskopiya, kolonoskopiya və ultrasəs müayinələri zamanı cihazın içərisindən su axıdılarsa oruc pozulur. Ancaq bu cihazlarla müayinə zamanı həzm sisteminə su, yağ və bənzəri qida maddəsi daxil olmadığı müddətcə oruc pozulmur.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


Şərh yaz