9. 078 dəfə oxunub ,   0 şərh   Çap et

Qadın və kişinin ailədəki vəzifələri

Ailə səadəti ailənin hər bir üzvündən eyni dərəcədə asılıdır. Hər bir ailə üzvü öhdəsinə düşən vəzifəni yerinə yetirsə, ailədəki tarazlıq pozulmaz. Ailədə qadının vəzifəsi ayrı, kişinin vəzifəsi ayrıdır. Uşaqlar isə müəyyən yaşa qədər ata-anaya tabedirlər.

Ər-arvad qarşılıqlı olaraq bir-birinin haqlarına hörmət etməlidir. Quranda bu haqda belə buyurulmuşdur:

“(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.[1]

Peyğəmbərimiz (s.a.s.) bu haqları qısaca belə bəyan etmişdir:

Sizin qadınlar üzərində haqqınız, onların da sizin üzərinizdə haqları vardır. Sizin qadınlar üzərindəki haqqınız, yatağınıza başqa birisini salmamaları və sizin xoşunuza gəlməyən insanların evinizə gəlməyinə icazə verməmələridir. Diqqət edin! Onların sizin üzərinizdəki haqları: onları məşru şəkildə hər cür geyim və qida ilə təmin etməkdir.”[2]

Deməli, dinimizə görə ailə qurmaqla ər-arvad öz vəzifələrini yerinə yetirmiş sayılmır. Bu ailənin davamı və xoşbəxtliyi üçün hər kəs üzərinə düşən vəzifəni bilməli və yerinə yetirməlidir.

Başqalarına yük olmağı əsla sevməyən Rəsulullah (s.a.s), eyni şəkildə ailə fərdlərinə də yük olmamış və öz üzərinə düşən işləri özü görmüşdür. Qızı Fatimə (r.anha) ilə kürəkəni Əli (r.a) arasında da ev işlərini bölmüşdü. Bu bölgüdə həzrət Fatiməyə xəmir yoğurmaq, çörək bişirmək, evin süpürülməsi, sərgilərə qulluq, su daşımaq kimi evin daxili işləri düşmüş, həzrət Əliyə isə çöl işləri düşmüşdü.[3]

Kişinin vəzifəsi

İslamda ailə üzvlərinin maddi ehtiyaclarını (yemək, geyim, ev, müalicə və s.) ödəmək, tərbiyə, təhsil vermək və qayğılarına qalmaq vəzifəsi kişilərə aiddir. Hədislərdə buna əlavə olaraq “qadının başına qaxınc etməmək, pis sözlərlə təhqir etməmək, danlamamaq, evini tərk etməmək” kimi kişilərə aid başqa tələblər də bildirilmişdir.

Qadının vəzifəsi

Qadın ərinə qarşı aşağıdakı vəzifələrlə mükəlləfdir: ərinə xəyanət etməmək, əri arzu etdiyi zaman onunla birgə olmaq, ərinin razı olmadığı bir adamı evə buraxmamaq, icazəsi olmadan evdən bir şey verməmək, məşru (qəbul olunan) əmrlərə itaət etmək.

Xoşbəxt bir ailə mühitində həyat yoldaşlarının bir-birinin haqlarına riayət etməsi ilə bərabər digər ailə fərdlərinin də haqlarına riayət edilməsi və ailədə hər kəsin bir-birinə qarşı sevgi və hörmətlə münasibət göstərməsi böyük əhəmiyyət kəsb edir.

[1] Bəqərə, 2/228.
[2] Müslim, Həcc, 147; Əbu Davud, Mənasik, 56; Tirmizi, Rada, 11.
[3] İbn Qayyim əl-Cövziyyə, Zadul-məad fi hədyi xayril-ibad, V, 186.



Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.


Şərh yaz