9. 855 dəfə oxunub ,   2 şərh   Çap et

Sual: Bayram namazını qadınlar evdə təkbaşına qıla bilərlərmi?

“Dörd sinif insandan başqa bütün müsəlmanlara camaatla cümə namazı qılmaq vacibdir. Onlar kölə, qadın, xəstə və uşaqlardır.” Əbu Davud, Namaz,191 (Kölələr və qadınlar üçün cümə fəsli)

Cümə və bayram namazları camaatla qılınır. Kişilərə cümə namazını qılmaq fərz, bayram namazları isə vacibdir. Qadınların isə cümə və bayram namazları qılması üçün belə bir mükəlləfiyyət yoxdur. Bu haqda icma var. Ancaq məsciddə ayrılmış xüsusi yer vardırsa qadınlar da cümə və bayram namazını camaatla qıla bilər.




2 şərh yazılıb
  1. Mayil Əliyev , 29/09/2020 tarixində, saat 14:09

    Xahiş edirəm qadın namazı haqqında məlumat verin. Qadınlar namazı necə qılmalıdır?

    • meneviyyat.az , 19/10/2020 tarixində, saat 09:10

      Salam. Dinimizdə ayrıca qadın namazı deyə bir şey yoxdu. Namaz eynidi. Sadəcə qadınlarla əlaqəli müəyyən xüsuslara aid fərqliliklər var. Namazın qılınma qaydası hər iki cins üçün demək olar ki eynidi.

Şərh yaz