Qadınların təkbaşına namaz qılmağı daha yaxşıdır. Ancaq qadınlar öz aralarında camaat namazı qılmaq istərsə, bir nəfər imam olur geri qalanlar da ona tabe olaraq namaz qılarlar. İmam olan qadın kişilərdən olan imam kimi cərgədən önə çıxmaz, onlarla eyni sırada durar. Əgər imam olan xanım önə çıxarsa günah işləmiş olar[1]. Bununla əlaqədar Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:
لَيْسَ عَلَى النِّسَاءِ أَذانٌ وَلَا إقَامَةٌ ولَا جُمْعَةٌ وَلَا إغْتِسَالُ جُمْعَةٌ وَ لَا تًقَدُمُهُنَّ اِمرأةٌ وَلَكِنْ تَقُومُ فِي وَسَطِهِنَّ
“Qadınlar əzan, qamət, Cümə namazı və Cümə günü qüsl almaqdan məsul deyillər. Öz aralarında camaatla namaz qılanda imam olan qadın ön tərəfə çıxmadan birinci cərgənin ortasında dayanmalıdır”.[2]
[1] İbn Abidin, Haşiyətu İbn Abidin, 3/549
[2] Beyhaqi, Sünənul-kübra, 1/408