10. 865 dəfə oxunub ,   0 şərh   Çap et

İslamın ilk illərində Peyğəmbərimiz (s.ə.s) qədər inancı tam oturuşmadığına və cahiliyyə adətləri qismən davam etdiyinə görə qəbir ziyarətini qadağan etmişdi. Lakin sonralar qəbir ziyarətinə icazə vermiş, hətta bunu təşviq etmişdir. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Mən sizə qəbir ziyarətini qadağan etmişdim, lakin artıq ziyarət edə bilərsiniz”.[1] Bundan əlavə, Peyğəmbər Əfəndimizin (s.ə.s) Uhud şəhidlərini və Baqi məzarlığını ziyarət edərək mərhumlara dua etməsi haqqında bir çox rəvayət var. Hz. Aişənin (r.a) nəql etdiyi hadisə belədir: “Rəsulullah (s.ə.s) bir gecə yatağından qalxdı. Paltarını geyinərək evdən çıxdı. Mən də cariyəm Bərirəyə Rəsulullahı (s.ə.s) izləməyi tapşırdım. Bərirə Rəsulullahı (s.ə.s) Baqi qəbirstanlığına qədər izlədi. Rəsulullah (s.ə.s) həmin məzarlığın aşağı tərəfində bir qədər dayandı. Sonra geri qayıtdı. Cariyəm Ondan (s.ə.s) əvvəl gəldi və baş verənlərdən məni xəbərdar etdi. Ertəsi günə qədər Rəsulullaha (s.ə.s) heç nə demədim. Sonradan axşamkı hadisəni Ona (s.ə.s) deyəndə belə buyurdu: “Mən Baqi qəbirstanlığında yatanlara dua etmək üçün göndərilmişdim.”[2]

Bir gün Cəbrail (ə.s) Peyğəmbərimizin (s.ə.s) yanına gəlmiş və Ona (s.ə.s) Baqi məzarlığında yatanların yanına gedərək onlar üçün bağışlanma diləmək haqda Allahdan əmr gətirmişdir.[3]

Qəbir ziyarəti ilə əlaqəli hədisləri dəyərləndirən Hənəfi alimləri kişilərin qəbir ziyarətini müstəhəb sayırlar. Fitnə çıxma təhlükəsi olmadıqda və günah sayılan hərəkətləri etməmək şərtilə bu hökm qadınlara da şamil olunur. Ona görə ki hədislərdə qəbir ziyarətinin səbəb və hikməti olaraq göstərilən axirəti və ölümü xatırlama düşüncəsi ümumi hökm olduğundan qadınlara da aiddir. Qadınlara qəbir ziyarətini qadağan edən hədisləri araşdıran İslam alimlərinin firkincə, bu hədislər cahiliyyə adətlərində olduğu kimi, çirkin hərəkətləri ilə fitnə və günaha zəmin hazırlayaraq, saç-başını yolaraq, yüksək səslə ağlayaraq, ağı və mərsiyələr deyərək qəbirləri ziyarət edən qadınlara aiddir.

Alimlərin və əməlisaleh insanların qəbirlərini ziyarət etmək daha fəzilətlidir. Hətta alimlərə görə, Allaha yaxınlığı ilə tanınan insanların qəbirlərini ziyarət üçün səfərə çıxmaq caiz, Allah Rəsulunun (s.ə.s) qəbrini ziyarət etmək isə müstəhəbdir.[4]

İnsanın ölümü xatırlaması, bir gün özünün də öləcəyini düşünməsi, nəfsini hesaba çəkərək buna hazırlaşması qəbir ziyarətinin əsas hikmətlərindəndir. Bunlar Peyğəmbərimizin (s.ə.s) bizə bildirdiyi xüsuslardır. Peyğəmbərimiz bir hədisində (s.ə.s): “Ləzzətləri yox edən ölümü çox xatırlayın”[5], başqa bir hədisində isə: “Ən ağıllı kimsə ölümü ən çox xatırlayan və ölümdən sonrası üçün hazırlıq görəndir”[6], ‒ buyurmuşdur. Qadınlar da qəbirləri bu hədislərdə tövsiyə olunduğu kimi ziyarət etməlidirlər..

[1] Müslim, Cənaiz 106.

[2] Nəsai, Cənaiz 103; Müslim, Cənaiz 35; İbn Macə, Cənaiz 36.

[3] Müslim, Cənaiz 103.

[4] Mevsuatul-Fiqhiyyətul-Küveytiyyə, “Ziyarətul qubur” mad. 24/89.

[5] Tirmizi, Qiyamə 26.

[6] İbrahim Canan, Kutubi-Sittə tərc. və şərhi, 17/598.



Açar sözləri

qadın qəbir ziyarəti

Bənzər məqalələr

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.

Oruclu qadın bişirdiyi yeməyin dadına baxa bilər?

Əri tündxasiyyətli olan bir qadın dilinin ucu ilə bişirdiyi yeməyin dadına baxa bilər. Həmçinin bir şeyi alarkən aldanma ehtimalı olan şəxsin, satın alacağı qida maddəsinin dadına baxması da caizdir.


Şərh yaz