Mənəviyyata Açılan Pəncərə

Qadınlar zinət əşyalarından zəkat verməlidir?

Qızıl və ya gümüşdən olan zinət əşyaları, eləcə də qızıl və ya gümüşdən olan tablo, qab-qacaq, qaşıq, çəngəl və s. kimi əşyalar nisab miqdarına çatıb üstündən bir il keçdikdən sonra bunların zəkatını vermək fərz olur. Çünki qızıl ilə gümüş çoxalan və artan xüsusiyyətə malik olan mallardandır. Sözügedən əşyalar öz-özlüyündə qiymətlidir. Bu səbəbdən də, qızıl və ya gümüşdən olan əşyalar istər külçə halında, istər qəlibə tökülmüş, istərsə də insanlar üçün bəzək əşyası olsun hər halda onların zəkatı mütləq verilməlidir.

Odur ki, 85 qrama (20 misqal) çatan üzük, tənə, bilərzik kimi qızıl əşyaları olan bir qadın bunlara sahib olduqdan və bir il keçəndən sonra qırxda birinin (2,5%) zəkatını verməlidir. Bundan əlavə, bir qadın zəkata daxil olan qızıl və ya gümüşdən olan zinət əşyalarının nisab miqdarından aşağı düşmədikcə sonrakı illərdə də hər il zəkatını verməlidir. Lakin əri istəsə, bunu öz mal-dövlətindən də verə bilər.

 

Exit mobile version