2. 132 dəfə oxunub ,   0 şərh   Çap et

Evliliyin ilk dövrlərində (bura nişanlılıq dövrünü də daxil etmək olar) tərəflərin bir-birilərini bütün cəhətləri ilə və olduğu kimi qəbul etmələri təbiidir. Ancaq müəyyən dövrdən sonra, hətta əvvəllər adi qəbul edilən cəhətlər belə bu və ya digər tərəfdə əks reaksiyaya səbəb olur. Çox təəssüf ki, evliliklərdəki əksər problemlərin əsas səbəbi də elə budur. Ona görə də, burada əsas məsələ bu problemlərdən qaçmaq deyil, əksinə bu problemlərin üzərinə getməkdir. Evliliklərdəki problemlərə səbəb olan başqa bir amil isə bir tərəfin digər tərəfdən “özü kimi olmağı” tələb etməsidir. Üstəlik, əksər hallarda, tərəflər bunu tələb etməklə kifayətlənmir və tələblərinə nail olana qədər öz cəhdlərindən əl çəkmirlər. Bu isə, təbii olaraq, onların digər tərəfi öz “standartlarına” uyğunlaşdırmaq cəhdi ilə nəticələnir. Nəticədə, digər tərəf bu standartlara uyğunlaşmaq istəmir və beləliklə evlilikdə problemlər başlayır. Tərəflərin bir-birilərini “uyğunlaşdırmaq” cəhdləri (buna başqa cür “dəyişdirmək” cəhdləri də demək olar), istər-istəməz, onlarda “Əvvəl məni sevirdi, ancaq indi məni sevmir?” kimi düşüncələrin baş qaldırmasına səbəb olur. Üstəlik, bu hisslər tərəflərin hər ikisini də öz təsiri altına alır. Elə isə belə vəziyyətlərdə nə etmək lazımdır?

  1. Həyat yoldaşınızla yaşadığınız ilk günləri xatırlayın: İlk günlər onu bütün cəhətləri ilə və olduğu kimi qəbul etdiyinizi unutmayın. Onunla bağlı hər hansı mənfi bir cəhətlə qarşılaşdıqda öz-özünüzə “Həyat yoldaşımı hər şeyi ilə qəbul edirəm” cümləsini təkrar edin.
  2. Müsbət cəhətlərini mənfi cəhətləri ilə müqayisə edin: Həyat yoldaşınızda hər hansı mənfi bir cəhət müşahidə etdikdə bu cəhətləri müsbət cəhətləri ilə müqayisə edin. Və beləliklə bu addımınızla hisslərinizi nəzarət altına almağa çalışın.
  3. Susmağa üstünlük verin: Həyat yoldaşınızın hər hansı mənfi cəhətinə “kökləndikdə” danışmaq əvəzinə susmağa üstünlük verin. Ancaq yenə də danışmaq zərurəti hiss edirsinizsə, öz hisslərinizi ən azı “ünsiyyət qaydalarına uyğun” şəkildə ifadə etməyə çalışın.
  4. Özünüzdəki çatışmayan cəhətləri də unutmayın: Sizdə də çatışmayan cəhətlərin olduğunu unutmayın. Beləliklə, həm qarşı tərəflə bağlı fikirlərinizi daha ədalətli təhlil edə, həm də daha ədalətli qərar qəbul edə bilərsiniz.
  5. Qaş düzəldəcəyiniz yerdə göz çıxarmayın: Həyat yoldaşınızda müşahidə etdiyiniz mənfi cəhətlərin daha “mənfisinə” sahib olan insanları düşünün. Beləliklə, həm müqayisə etmək imkanı əldə edəcək, həm də adi bir cəhəti belə nə qədər böyütdüyünüzü görəcəksiniz.
  6. “Əks reaksiyalarınızı” dəyişməyə çalışın: Bir kağız götürün və bu kağıza həyat yoldaşınızda müşahidə etdiyiniz mənfi cəhətləri yazın. Sonra da bu cəhətlər qarşısında əks reaksiyalarınızı necə dəyişəcəyinizi (əlbəttə ki, müsbət mənada) düşünün.

7. Depressiyada olduğunuzu unutmayın: Unutmayın ki, sizdə belə halların baş verməsinə səbəb yaşadığınız depressiya da ola bilər. Əgər belə hallarla tez-tez qarşılaşırsınızsa, kömək üçün bir mütəxəssisə müracət edə bilərsiniz.




Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.


Şərh yaz