597 dəfə oxunub ,   0 şərh   Çap et

Bəzən insanlara “oruc tut, namaza başla” deyildikdə, cavab verir ki, “gərək adamın içində ola”. Belə şəxslər, öz günahını, səhvini boynuna götürməkdən qaçır. Haşa Uca Allah ibadət edib-etməməyi paylaşdıranda ona çatmayıb, məhrum qalıb. Bəlkə düşünür ki, “qəlbinə qoymadığı, yerləşdirmədiyi” şəxsdən hesab soruşmayacaq. Tam əksi, bütün insanların qəlbində ibadət etmək istedadı, qabiliyyəti, meyli toxum, çəyirdək şəklində var. Ancaq hər kəs öz iradəsi ilə həmin istedad çəyirdəyini inkişaf etdirməkdən məsuldur. Necə toxum, çəyirdək torpağın qoynuna düşmədikcə böyüyüb inkişaf edə bilmədiyi kimi, insan da acizliyini, hədsiz ehtiyaclarını dərk etməlidir. Təkəbbürdən sıyrılaraq, torpaq olmalıdır ki, gül bitirsin. Allaha qulluqda iki bükülüm olmalıdır ki, kökləri dünyada gövdə və budaqları Cənnətdə Tuba ağacına çevrilsin.




Şərh yaz