Qədr gecəsi hər cür dua oxuna bilər. İnsan həm özünə, həm ailəsinə, həm ölkəsinə, həm də dünyadakı bütün müsəlman qaradaş və bacılarına duada yer ayırmalıdır. Ancaq bu gecə ilə əlaqəli Allah Rəsulundan rəvayət olunan dua bu şəkildədir:
“Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni”
“Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar
Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi namaz qılarsa, keçmiş günahları əfv olunar.
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.