6. 672 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərimdə Qədr gecəsinin varlığı və fəziəti Allah tərəfindən bildirildiyi halda, hansı gecə olduğu bəyan edilməmişdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də bu gecənin vaxtını dəqiq bildirməmişdir. Ancaq həmin gecənin bəzi əlamətlərini zəbər vermiş və onu bəzi gecələrdə axtarmağı məsləhət görmüşdür.

Müsəlmanlar arasında Qədr gecəsinin Ramazan ayının iyirmi yeddinci gecəsinə düşməsi haqda ümumi fikir olsa da, bu da bir ehtimaldır.

Übadə ibn Samit (r.a.) nəql edir:  “Allah Rəsulu  Qədr  gecəsini xəbər vermək üçün evindən çıxıb məscidə gəldi. Orada müsəlmanlardan iki nəfərin mübahisə etdiyini gördü və belə dedi:

– Mən sizə Qədr  gecəsini xəbər vermək üçün gəlmişdim. Bu iki nəfərin mübahisəsi üzündən onun haqqındakı məlumat məndən alındı. Ehtimal ki, bu, sizin üçün daha xeyirlidir. Artıq siz Qədr gecəsini (ramazan ayının 20-dən sonrakı) 9-cu (yəni ramazanın 29-da), 7-ci (ramazanın 27-də) və ya 5-ci (ramazanın 25-də) gecələrdə axtarın” (Buxari, Leylətil-Qədr, 4; Müslim, Siyam, 217).

Übadə ibn Samit (r.a.) nəql edir: Allah Rəsuluna Qədr gecəsi haqda sual verildi. O da belə buyurdu: “Qədr gəcəsi Ramazan ayında son on günündədir. Tək gecələrdən, 21, 23, 25, 27 və ya 29-cu gecədədir, ya da son gecədədir. Kim Qədr gecəsini inanaraq və mükafatını umaraq qiyamla (namazla) geçirərsə, keçmiş günahları bağışlanar. Qədr gecəsinin bəzi əlamətləri bunlardır: O gecə parlaq, açıq, aydın, təmiz, sakit və durğun olur. Nə isti, nə də soyuq olur. O gecə  ay parıldayıb nur saçır… (Müslim, Siyam, 212, 215, 208; İbn Macə, Siyam, 56).

Qədr gecəsini Ramazan ayının bütün günlərində (Əbu Davud, Salət, 324.), son on günündə  (Buxari, Fədlü Leylətül-Qədr 3; Müslim, Etikaf, 5;  Tirmizi, Savm, 71 və s.), son yeddi gecəsində (Buxari, Leylətil-Qədr, 2; Müslim, Sıyam, 205-206), son on günün tək gecələrdə (Müslim, Sıyam, 212, 215, 208; İbn Macə, Sıyam, 56), 27-ci gecəsində (Müslim, Siyam, 220, 221; Əhməd ibn Hənbəl, 1, 240) axtarmaqla bağlı Allah Rəsulundan hədislər nəql edilmişdir.

Xülasə,  hədislərdə Qədr gecəsi dəqiq bildirilməmiş, ancaq onu axtarmaq, o gecəni ibadətlə keçirmək tövsiyə edilmişdir.

Biz müsəlmanlar da Peyğəmbərimiz Həzrət Məhəmməd sallallahu əleyhi və səlləmi  nümunə götürüb ramazan ayının son on gününü və gecəsini etikafda keçirməli və beləcə, Qədr gecəsindəki lütflərdən  məhrum olmamağa çalışmalıyıq.

Ən doğrusunu Allah bilir.



Açar sözləri

qədir gecəsi

Bənzər məqalələr

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar


Şərh yaz