Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Bu cür oruclara niyyət edərkən konkret olaraq ünvanı vurğulanmalıdır. “Filan qəza, (kəffarə və ya nəzir) orucunu tutmağa niyyət etdim”, deyə niyyət edilir.
Ramazan ayından qəzaya qalan orucları tutarkən bu nüansa diqqət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir. Əgər bir şəxs unudar və ya başqa səbəbdən niyyət etməzsə və orucu pozacaq bir şey baş verməmişsə, nafilə və Ramazan ayındakı oruc üçün günorta vaxtına qədər niyyət edə bilər.
Tutulan oruc üçün bir niyyət vardır. Həm nafilə, həm də qəza niyyəti ilə oruc tutulmaz. Məsələn, bir şəxs ramazan ayından qəzaya qalan orucu şəvval ayında tuta bilər. Məlum, şəvvalda altı gün oruc tutmaq Rəsulullah (s.ə.s) tövsiyə olunub. Şəvval ayında tutulan qəza orucu şəvval orucu yerinə keçməz. O savabı əldə etmək üçün öncə ramazan ayının borcu tamamlanmalı, sonra da şəvval ayının nafilə orucu tutulmalıdır.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.
Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi namaz qılarsa, keçmiş günahları əfv olunar.