Mənəviyyata Açılan Pəncərə

Qızıl və gümüşün zəkatı

Qızılda nisab miqdarı 20 misqal, yəni 85 qram, gümüşdə isə 200 dirhəm, yəni 595 qramdır. Ən azı bu qədər qızıl, yaxud gümüşə malik bir adam bunların 2,5%-ni zəkat kimi verir. 85 qram qızılın 2,5%-i zəkat verildiyi kimi, 100 qram, 170 qram və s. qızılın da 2,5%-i zəkat verilməlidir.[1]

Qızıl və gümüş ayrı-ayrılıqda nisab miqdarına çatmırsa, onları üst-üstə gəlmək olarmı? Bu mövzu haqqında məzhəblər arasında fərqli fikirlər var. Hənəfi məzhəbinə görə, nisabı tamamlamaq üçün bunları birlikdə hesablamaq mümkündür. Belə hallarda qiyməti əsas götürmək  bu gün üçün  daha münasibdir.[2]

 


[1]  İ. Rüşd, “Bidayətül-müctəhid”, 1/256; Vəhbə Zuheyli, “İslam Fiqhi Ensiklopediyası”, 3/274.

[2]  Mahmud ibn əl-Mövsili, “Əl-ixtiyar”, 1/102.

 

Exit mobile version