31. 938 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Qızlar neçə yaşından namaz qılmalıdır?

Cavab: Peyğəmbərimiz (s.ə.s) valideyn olanlara belə buyurur:

“Uşaqlarınız yeddi yaşına çatanda onlara namaz qılmağın əhəmiyyətini anladın, on yaşına gəldikdə isə məcbur edin”. [1]

 Bu hədisdən anlayırıq ki, əslində uşaqlar da kiçik yaşlardan namaz qılmağa başlamalıdır. Ancaq bir şəxsin namaz qılmaqla mükəlləf olduğu yaş həddi-büluğ yaşıdır. Həddi-büluğ yaşı şəxsə və coğrafi məkana görə dəyişə bilər. Bəs həddi-büluğ nə deməkdir? Həddi-büluğ yaşı qızlarda adət qanın gəlməsi ilə başlayır. Yəni qızlar aybaşı olmağa başladığı andan etibarən artıq büluğ çağına/yetkinlik yaşına girmiş sayılırlar. Bu yaş dövründən sonra namaz qılmaq onların üzərinə fərz olur, qılmadığı təqdirdə isə günah yazılır. Həmin dövrdən sonra qılmadığı namazları da mütləq qəza etməlidir. Bizim ölkəmizdə bu yaş dövrü ortalama 13 yaşdan başlayır. Ancaq şəxsə görə bu dəyişə bilər. Aybaşı olmadığı və ya başlamadığı təqdirdə isə qızlar 15 yaşdan etibarən həddi-büluğ yaşına çatmış sayılır. Çünki alimlərin əksəriyyətinə görə, qız uşağının həddi-büluğa çatmasının ən yuxarı  həddi 15 yaşdır. Bu yaşda olan qızın üzərinə ibadətləri yerinə yetirmək fərzdir.[2]


[1] Əbu Davud, Səlat, 24.
[2] İmamı-Əzəm Əbu Hənifəyə görə isə, ən çox həddi 17 yaşdır. Belə ki, 17 yaşına çatan qız uşağı artıq həddi-büluğa çatmış sayılır və buna müvafiq hökmə tabe olur. Burada isə, ehtiyata uyğun olan, məhz əksər alimlərin fikrinə tabe olmaqdır ki, bu da bir qadının aybaşı olmasa belə 15 yaşdan etibarən həddi-büluğa çatmış sayılmasıdır.


Açar sözləri

həddi-büluğ namaz yaş

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz