7. 299 dəfə oxunub ,   2 şərh   Çap et

Qulubud-Daria, yalvaran, niyaz, dua edən könüllər deməkdir. Bu baha biçilməz xəzinədə Peyğəmbərimizdən (sallalahu aleyhi vəsəlləm) rəvayət edilən dua və təsbehlər başda olmaqla digər peyğəmbərlərin (ə.s), raşid xəlifələrin, əhli-beyt imamlarının, səhabə və tabeini-izamın, daha sonrakı dövrlərdə yaşamış Allah dostlarının dua və zikrləri  mövcuddur. Kitab daha çox təsəvvüf böyüklərindən Əhməd Ziyaəddin Gümüşhanəvi (1813-1893)  həzrətlərinin tələbələri ilə birlikdə topladığı Məcmuatul-Əhzab adlı əsərdən seçilərək hazırlanmışdır. Bundan əlavə kitaba oxunmasında çox böyük faydalar olan Allah Rəsulunun (s.ə.s) etdiyi  səhər-axşam zikrləri, Cəfər Sadiqin Ərəfat duası, İmam Busirinin “Bürdə” və “Mudariyə” qəsidələri kimi bəzi dua və zikrlər də əlavə edilmişdir.

Təxminən 700 səhifəlik bu əsər ilk baxışda oxuyub bitirmək üçün çətin görünə bilər. Ancaq hər həftə ortalama 15 səhifə oxumaqla bir il ərzində tamamlamaq olar. Bunun üçün də səhifələri 52 hissəyə böldük. Bu qiymətli xəzinə fərdi oxuna biləcəyi kimi, dostlarımızla da paylaşaraq qrup halında oxuna bilər və oxuyanların hər biri də bu savaba ortaq olarlar.

Qlubud-Daria

Qulubud Daria kitabını buradan yükləyə bilərsiniz.

 




Bənzər məqalələr

Əbdülqadir Geylaninin bir duası

Uca Allahım! Yolda qalmışıq, bizi doğru yolu göstər! Fəqirliyimizə, zəifliyimizə və acizliyimizə dərman ol, günahlarımızı bağışla. Allahım, inayətinlə bizə qüvvət ver. Lədün elmindən bizə öyrət… İslam üzrə sabitqədəm eylə.


2 şərh yazılıb
  1. Xavər , 07/12/2014 tarixində, saat 03:12

    Salam,belə bir dəyərli kitabı paylaşdığınız üçün çox təşəkkür edirik,amma bu kitabın tərcüməsi olsa idi daha gözəl olardı.

  2. Qalx igidim , 22/04/2015 tarixində, saat 16:04

    Allah Razi Olsun, Çox Faydası Toxundu.

Şərh yaz