2. 563 dəfə oxunub ,   0 şərh   Çap et

Qohum-əqrəbadan kimlərə baş çəkəcəyinizi bilin. Çünki silei-rəhm[1] qohum-əqrəba arasında sevgiyə, mal-mülkdə bolluğa, ömrün uzanmasına səbəb olar.“[2]

Ömrün uzanması ilə bağlı Həzrət Adəm və Həzrət Davud arasındakı ömür mübadiləsini nümunə göstərmək olar. Həzrət Adəm qədər (alın yazısı, tale) lövhələrində ömrünün az olduğunu fikirləşən Həzrət Davuda öz ömründən qırx il verərək onun səksən il yaşamasına vəsilə olmuşdur. Quranda olmayan bu hadisə Qurandan sonra mühüm qaynaqlar sayılan Buxari və Müslimdə əksini tapmışdır.

Ömrün uzanmasını bu cür də şərh etmək olar; Allah bir növ insanın ömrünü onun gözəl əməllərini bərəkətləndirməklə məcazi mənada uzada bilər. Əgər ömrün uzanması məsələsi bəşər övladının axirət üçün qazandığı savablarla dəyərləndirilirsə, bu vəziyyət, yəni ömrün məcazi mənada savablarla “uzadılması” onun daha çox axirət neməti qazanması deməkdir. Məsələn, bunlardan biri Qədr gecəsidir ki, ilahi kəlamda min aya bərabər olduğu bəyan edilir. Əgər insan o gecədə həmin ilahi təvəccöhü, ilahi neməti, yaxınlığı qazana bilsə, səksən il yaşamış kimi olar. Bu, “o insanın ömrü uzansaydı və səksən il yaşasaydı, məhz o qədər savab qazanardı” deməkdir. Sədəqənin, yaxşı əməllərin, silei-rəhmin ömür uzatması da bu şəkildə ola bilər.

Ömrün uzanması məsələsinin nə üçün silei-rəhmlə əlaqələndirilməsi haqqında bunları demək olar: hal-hazırda İslamın təşviq etdiyi əməllərin bir çoxu yerinə yetirilmir. Bunlardan biri də silei-rəhmdir. Bəli, yaxınlarla gediş-gəlişi təmin etmək, başda ana-ata olmaqla, nənə-babaya, bacı-qardaşlara, dayı-xala, əmi-bibiyə baş çəkmək yaxınlara ehtiram və sayğının “sıradan çıxıdığı” bir dövrdə böyük əhəmiyyət kəsb edir.

Peyğəmbərimiz Cəbraildən (ə.s.) ilk ayələri aldıqdan sonra: “Özümdən qorxuram,” – deyə narahatlığını dilə gətirir. Həzrət Xədicə Ona (s.ə.s.): “Allah Səni heç vaxt hədər etməyəcək. Sən qohumlarla əlaqəni kəsmir (silei-rəhm edir), ehtiyacı olana əl tutur, yoxsullara arxa durursan,” − deyir. Həzrət Xədicə və Vərağa ibn Nofəlin də bu məzmunda sözlərindən aydın olur ki, silei-rəhm o dövrkü cəmiyyətdə çox az yerinə yetirilən və ehtiyac duyulan bir əməl idi.

Həzrət Əbu Bəkir Peyğəmbərimizə (s.ə.s.) edilən əziyyətləri görüb Ona arxa olarkən: “Bu, Sənin kimi kasıbın, yoxsulun əlindən tutan, silei-rəhm edən bir insana rəva görülməməlidir,” − deyir. Və yenə Həzrət Əbu Bəkir Rəsulullahı (s.ə.s.) öz qonşusu kimi himayəyə götürmək istəyəndə onun Qureyş arasında silei-rəhmə əməl etməsini əsas gətirir. Bütün bunlardan aydın olur ki, silei-rəhm o dövrdə də hər kəs üçün ideal bir iş və çox əhəmiyyətli bir əməl idi…

Bu gün toplumda bəzi ictimai dəyərlər, demək olar ki, sarsılıb. Buna baxmayaraq, bu cəmiyyət hələ də varlığını qoruyub saxlayırsa, o da məhz sağlam ailə quruluşunun hesabınadır. Belə amansızcasına sarsılan bir cəmiyyətin “təmirində” silei-rəhmin rolu böyükdür. Başqa sözlə, cəmiyyəti meydana gətirən hüceyrələr, o hüceyrələrin əsasını təşkil edən atomlar bir-birinə çox yaxın olmalıdır. Hər kəs ailəsindən tutmuş uzaq qohumlarına qədər yaxınlarına baş çəkib onlara ehtiyaclarını aradan qaldırmaqda yardım etməli, dərdlərinə şərik olmalı və qohumluq borcunu yerinə yetirməlidir.

[1]. Qohum-əqrəbaya baş çəkmək, onların haqqına riayət etmək
[2] Tirmizi, Birr 49; Əhməd ibn Hənbəl, Müsnəd 2/374.



Bənzər məqalələr

Qulluq və sileyi-rəhm

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö´minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.

Qohum-əqrabanı ziyarət

Silatür-rəhm” və ya “sileyi-rəhm” deyərkən ata, ana, baba, nənə, övlad və nəvə kimi yaxınları ehtiva edən qohum-əqrəbaya baş çəkmək, onların qayğısına qalmaq, onlara yardım etmək nəzərdə tutulur. Daha geniş mənada, ümumiyyətlə, “qohumluq, dostluq və insanlıq əlaqələri” kimi də işlədilir.

dost
Dostları ziyarət

İslam dini müsəlmanları bir-birinə qardaş elan etmiş və onlara bir-birini sevib hörmət etməyi, bir-birinin köməyinə gəlməyi əmr buyurmuşdur.

Qonaq qarşılama ədəbi

Qonaq gedib-gəlmək insanların bir-birini daha yaxşı tanımasına, çətinlikləri bölüşərək yoluna qoymasına, qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin hazırlayır. Buna görə də dinimiz müsəlmanların bir-birinə baş çəkməsinə xüsusi əhəmiyyət vermişdir. Ev sahibi hansı xüsuslara diqqət etməlidir? Qonağın öhdəsinə düşən vəzifələr…

Kimlərlə evlənmək olmaz?

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara “məhrəm” deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:


Şərh yaz