2. 978 dəfə oxunub ,   1 şərh   Çap et

 

وَاعْبُدُوا اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبٰى وَالْيَتَامٰى وَالْمَسَاك۪ينِ وَالْجَارِ ذِي الْقُرْبٰى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ

وَابْنِ السَّب۪يلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qa­lan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! (“Nisa” surəsi, 4/36)

 عَنِ ابْنِ عُمَرَ وَعَائِشَةَ  قَالَا: قَالَ رَسُولُ اللّٰهِ:

«مَا زَالَ جِبْر۪يلُ يُوص۪ين۪ي بِالْجَارِ حَتّٰى ظَنَنْتُ أَنَّهُ سَيُوَرِّثُهُ»

İbn Ömər (r.a.) və Aişə anamız (r.anhə) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “Cəbrail qonşuya yaxşılıq etməyi mənə o qədər xatırlatdı ki, qonşunu qonşuya varis təyin edəcəyini zənn etdim”. (Buxari, Ədəb 28; Müslim, Birr 140)

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ النَّبِيَّ  قَالَ: «وَاللّٰهِ لَا يُؤْمِنُ وَاللّٰهِ لَا يُؤْمِنُ وَاللّٰهِ لَا يُؤْمِنُ» ق۪يلَ: مَنْ ياَ رَسُولَ اللّٰهِ؟ قَالَ: «اَلَّذِي لَا يَأْمَنُ جاَرُهُ بَوَائِقَهُ،»

Əbu Hureyrə (r.a.) demişdir:“Peyğəmbərimiz (s.ə.s.) üç dəfə: ”Vallah, iman etmiş sayılmaz!” –  buyurdu. Səhabələr: “Kim iman etmiş olmaz, ey Allahın Rəsulu?” – deyə soruşanda Peyğəmbərimiz (s.ə.s.): “O şəxs ki qonşusu ondan bir ziyan gəlməyəcəyinə əmin deyil!” –  buyurdu”. (Buxari, Ədəb 29; Müslim, İman 73)

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ النَّبِيَّ: «يَا نِسَاءَ الْمُسْلِمَاتِ لَا تَحْقِرَنَّ جَارَةٌ لِجَارَتِهَا وَلَوْ فِرْسَنَ شَاةٍ»

Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Ey müsəlman qadınlar. Qadın hətta bir qoyun ayağı da olsa, qonşusuna verib hədiyyələşməyi əhəmiyyətsiz saymasın”. (Buxari, Hibə 1, Ədəb 30; Müslim, Zəkat 90)

 عَنْ أَب۪ي شُريْحٍ الْخُزَاعِيِّ  أَنَّ النَّبِيَّ  قَالَ: «مَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ، فَلْيُحْسِنْ إلِىَ جَارِهِ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَسْكُتْ»

Əbu Şureyh əl-Huzai (r.a.) İnsanlığın İftixarı Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu  nəql  edir:“Allaha və Axirət gününə iman edən insan qonşusu ilə xoş dav­ranaraq yaxşılıq etsin. Allaha və Axirət gününə iman edən insan qo­nağına yaxşı baxsın (ona qarşı səxavətli davransın). Allaha və Axi­rət gününə iman edən insan ya xeyir danışsın, ya da sussun”.(Müslim, İman 77)



Açar sözləri

haqq qonşu qonşuluq

Bənzər məqalələr

Günah işləməmək üçün hansı tədbirləri görmək lazımdır?

Milçəkləri bir-bir öldürməkdənsə, ən yaxşısı, bataqlığı qurut.

Xeyirli qonşu

“Qonşun səndən zərər görməyəcəyinə əmin deyilsə, cənnətə girə bilməzsən”

Müsəlmanın müsəlman üzərindəki haqları hansılardır?

Qardaşlıq haqqına riayət etmək.

Əli və ya dili ilə heç bir müsəlmana zərər verməmək.

Heç kimə xor baxmamaq, qürurlanmamaq, başqasını təhqir etməmək, pis söz söyləməmək, təkəbbürlənməmək.

Qeybət, həsəd, sui-zənn, nankorluq kimi mənfi duyğulardan və qul haqqından uzaq durmaq.

Günahın növləri

İslam alimləri böyük günahlar haqqında kitablar yazmış, sayı ilə bağlı fərqli fikirlər irəli sürmüşlər.

Görmədiyini bilmədiyini danışmaq

Sual:İnsanın görmədiyi, bilmədiyi hadisələr haqqında danışması doğrudur? Cavab:İnsan yaradılış baxımından ictimai varlıqdır; cəmiyyətdə yaşayır, toplumun bir fərdi kimi, vəzifəsini yerinə yetirərək həm öz həyatını davam etdirir, həm də başqaları üçün faydalı olur. Qurani-Kərimin: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi millətlərə və xalqlara ayırdıq”[1] məallı  ayəsi insanın […]


1 şərh yazılıb
  1. ISA RUFET , 02/05/2014 tarixində, saat 07:05

    Insan gerekki gormediyi,bilmediyi bir $ey haqqinda dani$masin,cunki Qiyamet gunu insanin beden ezalari insana $ahid durar.

Şərh yaz