Xına qoyulduqdan sonra dərinin üzərində rəngi qalır. Xına suyun dəriyə və dırnağa təmas etməsinə mane olmur. Buna görə də xına qüsl və dəstəmaza mane deyildir.
İstifadə olunan saç boyasının növünə görə hökm dəyişər. İstifadə olunan saç boyası əgər saçın dərisi üzərində hər hansısı bir təbəqə əmələ gətirirsə, deməli qüsl və dəstəmaz alarkən suyun dəriyə təmasına əngəl olur. Ələlxüsus qüsl alarkən suyun bədənin hər tərəfinə dəyməsi şərtdir. Buna diqqət eləmək lazımdır.