Rəsulullahın (sallallahu əleyhi və səlləm) Quran haqqında bir çox hədisləri var. Onlardan bəziləri bunlardır:
Bir hədisində Rəsulullah (sallallahu əleyhi və səlləm) Qurani-Kərimi bu cür tərif edir:
“Quran elə bir kitabdır ki, Onda sizdən əvvəlki (xalqarın vəziyyəti ilə) əlaqədar xəbər, sizdən sonra (qiyamətə qədər) zühur edəcək fitnələr və qiyamət əlamətləri haqda xəbərlər.. həmçinin sizin aranızda (iman-küfr, itaət-üsyan, haram-halal və s. kimi) baş verəcək hadisələrlə bağlı hökmlər var. O, haqq ilə batili bir-birindən ayıran yeganə meyardır və Onda mövcud olan hər şey ciddidir…“[1]
“Bir topluluq Quran oxuyub müzakirə etmək üçün bir evdə toplaşanda mütləq onların üstünə səkinə enir və Allahın mərhəməti onları bürüyür. Mələklər onları qanadları ilə əhatə edir. Allah-Təala da hüzurunda olan uca topluma (mələklərə) onlardan danışır“.[2]
“Quran oxunan evdə xeyir (bərəkət) artır. Belə evlərə mələklər yığışır, şeytanlar oradan uzaqlaşır. Quran oxunmayan evlərin xeyir və bərəkəti az olur“.[3]
Allah Rəsulu bir hədisi-şərifində belə bir bənzətmə edir: “Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir“.[4]
Rəsulullah buyurur: “Ən xeyirli insan Quranı öyrənən və öyrədəndir“.[5]
“Qurani-Kərimi gözəl oxuyan insan Kiramən-katibin mələkləri səviyyəsinə yüksəlir. Quranı belə gözəl oxumağı bacarmayan, lakin xalis niyyətlə, çətinliklə və kəkələyə-kəkələyə oxuyana da iki savab verilir“.[6]
Allah Rəsulu buyurur: “Qurani-Kərimdən bircə hərf oxuyana belə bir savab vardır. Hər yaxşılıq on qatı ilə dəyərləndirilir. Mən “Əlif, Lam, Mim” bir hərfdir” demirəm. “Əlif” bir hərf, “Lam” bir hərf, “Mim” də bir hərfdir“.[7]
“Quran Allahın (insanlara ərməğan etdiyi ilahi) süfrəsidir. Gücünüz çatdıqca ondan bəhrələnməyə çalışın. Şübhəsiz ki, içində Allahın kitabından bir şey olmayan evdən daha kiçik (cansıxıcı) ev yoxdur. İçində Allahın kitabından heç nə olmayan qəlb də kimsəsiz xaraba ev kimidir“.[8]
“Qəlbiniz Quran üzərində birləşdiyi müddətcə onu oxuyun, onunla ixtilaf edəndə isə qalxın“.[9]
“Quran oxuyun. Çünki o, onu oxuyanlara Qiyamət günü şəfaətçi olacaq”.[10]
“Allah bu Qurana (əməl edən) qövmləri (dünya və axirətdə) ucaldıb əziz edir, Ona (əməl etməyən) qövmləri isə (dünya və axirətdə) alçaldır, zəlil edir”.[11]
“İki adama həsəd (qibtə) etmək zərərli deyil: Allahın ona nemət kimi bəxş etdiyi Quranla gecə-gündüz məşğul olana və Allahın lütf etdiyi sərvəti gecə-gündüz xeyir yolunda xərcləyənə”.[12]