7. 334 dəfə oxunub ,   0 şərh   Çap et

Mәd (مد): Bәzi kәlmәlәrdәki hәrfin altında olan bu işarә, o hәrfin bir әlif miqdarı uzandığını göstәrir. Dil qaydası olaraq qabağında mәd hәrfi (ا , و vә ya ي) qoyulmayan, ancaq uzadılması lazım gәlәn yerlәrdә qoyulur. Mәsәlәn:

تَشَاؤُمدنَ، يُرَاؤُمدنَ، دَاوُمددُ

Qəsr (قصر): Uzadılmaz, yәni qısa oxumaq lazım gәldiyini bildirir. Dil qaydasına görә, uzadma hәrfi olduğu halda, uzadılmaması lazım gәlәn yerlәrdә qoyulur. Mәsәlәn: اُقصرولٰۤئِكَ

Sin (س): Sad (ص) hәrfinin altına yazılır vә hәmin hәrfin sin (س) kimi incә oxunduğunu ifadә edir. Mәsәlәn: يَبْصُۣطُ، بَصْطَةً

Nun (ن): Son hәrәkәsi tәnvinli olan kәlmәnin axırıncı hәrfinin altında qoyulur. Belә ki, hәmin kәlmәdәn digәr kәlmәyә keçәrkәn “әsrәli nun” ilә keçilәcәyini bildirir. Mәsәlәn: لُمَزَةٍنِالَّذِي

Qəti (قطع): Mütlәq oxunan hәmzәlәrin altında olur vә o hәmzәnin hәrәkәsilә birlikdә oxunduğunu ifadә edir.

Sәktә (سكته): Sәktә edilmәsi lazım olan yerlәrdә yazılır.

İşmam (اشمام): Yusif surәsi 11ci ayәdәki (لَا تَاْمَنَّا) şәddәnin altında yazılıb. Kәlmәnin açılışına nәzәr yetirdikdә, әslindә iki nun var vә biricisi ötrәlidir (әsli لاَ تَاْمَنُنَا -dir). Elә buradakı ötrә hәrәkәsini bildirmәk üçün birinci nunda ötrә sәsi çıxarılmır, sadәcә dodaqlar qabağa tәrәf uzadılır. Ardınca da, eynilә dodaqlar öndә olaraq ğünnә edilir. “Nәә” (نَا) demәdәn qabaq da, dodaqlar geri çәkilir.

Tәshil (تسهيل): Füssilәt surәsinin 44-cü ayәsindәki (ءَأَعْجَمِيٌّ) kәlmәsindә ikinci hәmzәnin altında olur. “Hәmzә” ilә “әlif”, yaxud “hәmzә” ilә “hә” arasında bir sәslә oxunur. Yәni, yumuşaldılır.

İmalә (اماله): Hüd surәsinin 41-ci ayәsindәki (مَجْرٰيهَا) kәlmәsinin altında olur. Bu kәlmәdәki “ra” hәrfinin imalә ilә, yәni üstün ilә әsrә arası bir sәslә oxunduğunu ifadә edir

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

təcvid

Bənzər məqalələr

İstiazə və Bismillahın oxunması

Hansı məqsədlə olursa olsun, Quranı oxumağa başlayan adam “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم” “Qovulmuş şeytandan Allaha sığınıram” ifadəsilə başlamalıdır.

Qurani-Kərimdə durğu işarələri

Vәqf işarәlәri, Quran ayәlәrinin sonuna vә ya ayәnin ortasındakı kәlmәlәrin üstünә qoyulan “dayanacaq işarәlәri”dir.

Səktə

Səktə, leksik məna etibarilə “susmaq”, “iki kəlmə arasını nəfəs almadan ayırmaq” deməkdir.

Ləmi-tərif

Ləmi-Tərif ilə əlaqəli iki mövzu mövcuddur. Bunlardan birincisi idğami-şəmsiyyə, digəri isə izhari-qəməriyyə.

İdğamın növləri

Hərflərin bir-birlərinə idğam edilib edilməyəcəyi, məxrəcləri və sifətlərinin bir-birlərinə yaxınlığı ilə əlaqəlidir. Başqa bir ifadə ilə; məxrəc və sifətləri yönündən bir-birinə yaxın olan hərflər idğam edilir. Məxrəc yönündən bir-birinə uzaq olan hərflər və sifətləri yönündən bir əlaqəsi olmayan hərflər isə ızharlı oxunurlar. Bu mövzunu gələcək bölmələrdə izah edəcəyik. Bu əsaslardan yola çıxaraq idğamları “idğami-misleyn, idğami-mütəcaniseyn […]


Şərh yaz