15. 057 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Quran” nə ücün hörümçəyin torundan,evindən bəhs etmişdir?

 “əl-Ənkəbut” surəsinin 41-ci ayəsində: “Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva

qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır.” -buyrulur. Burada bir çox həqiqətlər vardır:

a) Bu, Allahdan başqasına sığınanların, başqaları ilə dostluq edənlərin faciəli aqibətlərini ən gözəl şəkildə ifadə edən bir təmsildir. Çünki hörümçək toru çox çirkin və zəif bir sığınacaqdır. Bu, onun payına duşən sığınacaq olsa da qərib ziyarətçilər ücün tələdən başqa bir şey deyildir. O ev, hətta ev əhli üçün ölüm yatağıdır. Çünki dişi hörümçək çoxalma prosesi üçün onu ziyarət edən “ərini” belə sonradan

yeyir. Balalarını “ziqot” mərhələsində yeyir. Balalarının bəziləri də digərlərini yeyirlər. Allahdan başqasına

sığınanlara bundan daha gözəl bənzətmə ola bilməz.

b) “Quran”ın ifadə tərzindəki dəqiqliyə baxın ki, hörümçəyin evinin ən zəif ev olduğunu deyir, ipinin zəif

olduğunu deyil… Biz indi bilirik ki, hörümçək torundakı iplər, eyni qalınlıqdakı iplərdən dörd dəfə daha qüvvətlidir.Zəiflik ipdə deyil, evdədir.

c) Ayənin sonunda “Əgər bilsəydilər” buyurulur. Bu ifadə onun çox sonralar elm tərəfindən bilinəcək bir

həqiqət olduğunu bildirir, xəbər verir. Məlumdur ki, bu bioloji sirlər çox sonralar kəşf edilmişdir.

d) Bu ayə Məkkədə nazil olduğuna görə, Peyğəmbərimizin (s.ə.s.) Mədinəyə hicrəti əsnasında mağarada

gizləndiyi vaxt, bir hörümçəyin mağaranın qapısını toru ilə hörüb müşrikləri çaşdırdığı o xariqüladə hadisəyə də işarət vardır. Çünki ayə həm evlərin ən zəifinin hörümçək evi olduğunu bəyan edir, həm də sonunda, “əgər müşriklər bunu bilsəydilər”, -deyərək bir həqiqəti vurğulayır. Çünki hörümçək torunun evlərin ən zəifi olduğunu hər kəs bilir. Bu, məlum olan bir şeyin yenidən elanı olur. Burada başqa

bir məna qəsd edilməsə, bəlağətə uyğun olmaz. Onun üçün altında bir məna gizlənməkdədir, yəni “Əgər

müşriklər bir hörümçəyə məğlub olacaq qədər, həqiqətlərə qarşı kor olduqlarını bilsəydilər, belə bir sui qəsdə təşəbbüs etməzdilər”, -deməkdir.




Şərh yaz