3. 011 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: “Quran” və Peyğəmbərin (s.ə.s.) göndərilməsinin rəhmət olduğunu dediyiniz halda, uyğun hərəkət etmədiyimiz təqdirdə əleyhimizdə dəlil olacağını deyirsiniz. Halbuki onlar gəlməsəydilər, onlara inanmayanlar cəhənnəmə getməyəcəkdilər. Bu təqdirdə Quran Və Peyğəmbərimiz (s.ə.s.)  insanlıq üçün necə rəhmət sayılırlar?

 Cavab: Allah-Təala qəlblərimizdə bir çox qabiliyyətlər yerləşdirmişdir. Onlar varlığımızın içində toxumlar, çəyirdəklər kimidir. Kitablar və peyğəmbərlər bu üstün, gözəl qabiliyyətləri inkişaf etdirəcək, insanı mələklərdən üstün hala gətirəcək ilahi həqiqətləri gətiriblər. Əgər onlar olmasaydı, bu qabiliyyətlər heç inkişaf etmədən çəyirdək olaraq qalacaqdılar. “Məsələn, əlimizdə yüz ədəd alma tumu var. Torpağa basdırmasaq, yüz dənə toxumumuz olacaq. Fəqət əkilib, qulluq edildikdən sonra 80 dənəsi çürüyüb xarab olsa da, yerdə qalan iyirmisi iyirmi alma ağacı olunca, biz zərərə düşmərik.” Əksinə, çox qazanc əldə etmiş oluruq. Say çoxluğunun əhəmiyyəti yoxdur, mühüm olan keyfiyyətdir. Bir ağac keyfiyyət baxımından min toxumdan daha dəyərlidir.

Bunun kimi minlərcə münafiq və Nəmrud, Firon və Əbu Cəhil kimi milyonlarca insandan, “Quran”ın yetişdirdiyi bir səhabə, bir övliya daha qiymətlidir. Çünki onlar insanlığın ulduzları olaraq mələklərdən daha üstün bir dərəcəyə çıxmışlar.




Şərh yaz