1. 458 dəfə oxunub ,   0 şərh   Çap et

“Quran” nə ücün Əbu Ləhəb kimi bir şəxsdən bəhs edir?Şəxslərlə məşğul olmaq onun üslubuna uyğundurmu?

a) “Qurani-Kərim”də əksini tapan cüzi hadisələr külli, böyük qaydaların nümunələridir. Təkrar edən hadisələr qanunauyğunluğa, qaydaya çevrilir. Haqqa qarşı çıxan hər kəsin aqibəti Əbu Ləhəbin aqibəti kimi olmuşdur, olacaqdır da. Bu, tarixlər boyu təkrar olunan bir həqiqətdir! Əbu Ləhəb hadisəsi kainatda cərəyan edən külli, əzəmətli bir qanunun, uğursuz bir aqibətin bizə göstərilən kiçik bir nümunəsidir.

b) Bir padşah ölkəsində, tabeliyində olan hər kəslə maraqlanır, hətta qaraçılarla da. Ona gorə də “Quran” arıdan, qarışqadan və hörümçəkdən belə bəhs edər. Elə isə,qullarının hər növündən və onların da hər cür hal və davranışlarından, nəticələrindən Kəlamında bəhslər olacaqdır.Musa Əleyhissalamdan bəhs etdiyi kimi, Firondan da, Əbu Ləhəbdən də bəhs edəcəkdir.

c) Haqqa qarşı çıxanlardan Peyğəmbərimizin (s.ə.s.) əmisi Əbu Ləhəbin seçilməsi, haqq yolda mübarizənin hər şeydən üstün olduğunu, ona qarşı çıxanlar Peyğəmbərlərin yaxın qohum-əqrəbaları belə olsalar, uğursuzluğa məruz qalacaqlarını qəti olaraq göstərmək ücündür.

d) “Quran”ın gələcəkdən verdiyi bu xəbər, həqiqətən də, baş vermişdir. Cunki “Quran” Əbu Süfyan və ya Xalid b. Vəlidi seçməmişdir. Əbu Ləhəb surənin xəbər verdiyi kimi, kafir olaraq ölmuş, digərlərinə isə hidayət nəsib olmuşdur.




Şərh yaz