Qurani-Kərim üç təriq (mərtəbə, seyr, tərz) üzərə oxunur.
1. Təhqiq (yavaş oxunuş): Bu oxuyuşda mədlər 4 və ya 5 əlif uzadılmaq surətilə və hərflərin məxrəc və sifətlərinə ciddi şəkildə diqqət yetirilərək oxunur. Əşər oxunarkən olduğu kimi.
2. Tədvir (orta oxunuş): Mədlər üç əlif uzadılaraq oxunur. İki yarım, üç yarım əlif də üçə daxildir. Yenə hərflərin məxrəc və sifət haqlarını tam verərək fəqət təhqiqdən biraz daha sürətli oxunur.
3.Hədr (sürətli oxunuş): Hərflərin haqları diqqətə alınaraq və mədlər “münfəsil bir, müttəsil iki, lazım üç əlif” uzadılaraq oxunur.
Sənan Quliyev & Laçın Quliyev