2. 578 dəfə oxunub ,   0 şərh   Çap et

عَنْ أَب۪ي أُمَامَةَ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ:

«اِقْرَؤُا الْقُرْآنَ فَإِنَّهُ يَأْت۪ي يَوْمَ الْقِيَامَةِ شَف۪يعًا لِأَصْحَابِهِ»

Əbu Ümamənin (r.a.) rəvayət etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Quran oxuyun. Çünki o, onu oxuyanlara Qiyamət günü şəfaətçi olacaq”. (Müslim, Salatul-Müsafirin 252)

 عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «خَيْرُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ»

Osman ibn Affan (r.a.) Allah Rəsulunun  (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Ən xeyirli insan Quranı (həqiqətləri və incəlikləri ilə) öyrənib, sonra da başqalarına öyrədəndir”. (Buxari, Fədailul-Quran 21)

عَنْ عَائِشَةَ  قَالَتْ: قَالَ رَسُولُ اللّٰهِ: «اَلَّذ۪ي يَقْرَأُ الْقُرْآنَ وَهُوَ مَاهِرٌ بِهِ مَعَ السَّفَرَةِ الْكِرَامِ الْبَرَرَةِ، وَالَّذ۪ي يَقْرَأُ الْقُرْآنَ وَيتَتَعْتَعُ فِيهِ وَهُوَ عَلَيْهِ شَاقٌّ لَهُ أَجْرَانِ»

Həzrəti Aişə (r.anhə) Allah Rəsulunun  (s.ə.s.)  belə buyurduğunu nəql edir:

“Quranı məharətlə oxuyan adam kiramən-katibin mələkləri ilə bərabərdir. Quranı bu səviyyədə oxumağı bacarmayan, lakin xalis niyyətlə oxumağa çalışan, oxuyarkən də (hərfləri) qarışdıran və çətinlik çəkdiyi halda müntəzəm oxuyan insan da iki savab qazanar”. (Buxari, Tövhid 52; Müslim, Salatul-Müsafirin 243)

عَنْ أَب۪ي مُوسٰى الْأَشْعَرِيِّ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «مَثَلُ الْمُؤْمِنِ الَّذ۪ي يَقْرَأُ الْقُرْآنَ مَثَلُ الْأُتْرُجَّةِ: ر۪يحُهَا طَيِّبٌ وَطَعْمُهَا حُلْوٌ وَمَثَلُ الْمُؤْمِنِ الَّذ۪ي لَا يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ التَّمْرَةِ: لَا ر۪يحَ لَهَا وَطَعْمُهَا حُلْوٌ وَمَثَلُ الْمُنَافِقِ الَّذ۪ي يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الرَّيْحَانَةِ: ر۪يحُهَا طَيِّبٌ وَطَعْمُهَا مُرُّ وَمَثَلُ الْمُنَافِقِ الَّذ۪ي لَا يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الْحَنْظَلَةِ: لَيْسَ لَهَا ر۪يحٌ وَطَعْمُهَا مُرٌّ»

Əbu Musa əl-Əşarinin (r.a.) rəvayət etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Quran oxuyan mömin portağala bənzəyir, ətri də gözəldir, dadı da. Quran oxumayan mömin isə xurma kimidir. Ətri yoxdur, lakin dadı ləzzətlidir. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və dadsız əbucəhl qarpızı kimidir”. (Buxari, Fədailul-Quran 17; Müslim, Salatul-Müsafirin 243)

 عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ  أَنَّ النَّبِيَّ  قَالَ: «إِنَّ اللّٰهَ يَرْفَعُ بِهٰذَا الْكِتَابِ أَقْوَامًا وَيَضَعُ بِهِ آخَر۪ينَ»

Ömər ibn əl-Xəttab (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Allah bu Qurana (əməl edən) qövmləri (dünya və axirətdə) ucaldıb əziz edir, Ona (əməl etməyən) qövmləri isə (dünya və axirətdə) alçaldır, zəlil edir”. (Müslim, Salatul-Müsafirin 269)

 عَنِ ابْنِ عُمَرَ   عَنِ النَّبِيِّ  قَالَ: «لَا حَسَدَ إِلَّا ف۪ي اثنَتَيْنِ: رَجُلٌ آتَاهُ اللّٰهُ الْقُرْآنَ فَهُوَ يَقُومُ بِهِ آنَاءَ اللَّيْلِ وَآنَاءَ النَّهَارِ وَرَجُلٌ آتَاهُ اللّٰهُ مَالًا فَهُوَ يُنْفِقُهُ آنَاءَ اللَّيْلِ وَآنَاءَ النَّهَارِ»

İbn Ömərin (r.anhumə) rəvayət etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“İki adama həsəd (qibtə) etmək zərərli deyil: Allahın ona nemət kimi bəxş etdiyi Quranla gecə-gündüz məşğul olana və Allahın lütf etdiyi sərvəti gecə-gündüz xeyir yolunda  xərcləyənə”. (Bu­xari, Tövhid 45; Müslim, Salatul-Müsafirin 266)

 عَنِ ابْنِ مَسْعُودٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: مَنْ قَرَأَ حَرْفًا مِنْ كِتَابِ اللّٰهِ فَلَهُ حَسَنَةٌ وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا لَا أَقُولُ: الٓم حَرْفٌ وَلَكِنْ: أَلِفْ حَرْفٌ وَلَامْ حَرْفٌ وَم۪يمْ حَرْفٌ»

İbn Məsudun (r.a.) rəvayətinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Kim Qurandan bir hərf oxuyarsa, on savablıq bir yaxşılığın mükafatını qazanar. Mən “Əlif, lam, mim” bir hərfdir” demirəm, əksinə “əlif” bir hərfdir, “lam” da bir hərfdir, “mim” də bir”. (Tirmizi, Fədailul-Quran 16)

 عَنِ ابْنِ عَبَّاسٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إنَّ الَّذ۪ي لَيْسَ ف۪ي جَوْفِهِ شَيْءٌ مِنَ الْقُرْآنِ كَالْبَيْتِ الْخَرِبِ»

İbn Abbas (r.anhumə) Allah Rəsulunun  (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Qurandan bir qədər də olsa, əzbər bilməyən adam viran qal­mış ev kimidir”. (Tirmizi, Fədailul-Quran 18)

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ عَنِ النَّبِيِّ  قَالَ: «يُقَالُ لِصَاحِبِ الْقُرْآنِ: اِقْرَأْ وَارْتَقِ وَرَتِّلْ كَمَا كُنْتَ تُرَتِّلُ فِي الدُّنْيَا فَإِنَّ مَنْزِلَتَكَ عِنْدَ آخِرِ آيَةٍ تَقْرَؤُهَا»

Abdullah ibn Amr ibn əl-Asın (r.a.) rəvayət etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Müntəzəm Quranla məşğul olub onu həm dilindən, həm də həyatından (əməlindən) əskik etməyən adama Cənnətə girərkən belə deyiləcək: “Oxu və Quranla məşğul olduğun səviyyədə Cənnətə yüksəl. Dünyada tərtillə oxuduğun kimi, burada da tələsmədən tərtillə oxu. Şübhəsiz, sənin dərəcən (məqamın) oxuduğun ayənin son nöqtəsindədir”. (Əbu Davud, Vitr 20; Tirmizi, Fədailul-Quran 18)

İzah: Başqa bir hədisdə bildirilir ki, Cənnətdəki dərəcələrin sa­yı Quranın ayələri qədərdir və Quran əhli kimi Cənnətə girənlərin mə­qamı bütün cənnət sakinlərinin dərəcəsindən yüksək olacaq. Yu­xarıdakı hədisdə də buna işarə edilmişdir.

 عَنِ ابْنِ عُمَرَ   أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «إِنَّمَا مَثَلُ صَاحِبِ الْقُرْآنِ كَمَثَلِ الْإِبِلِ الْمُعَقَّلَةِ، إِنْ عَاهَدَ عَليْهَا أَمْسَكَهَا وَإِنْ أَطْلَقَهَا ذَهَبَتْ»

İbn Ömərin (r.anhumə) rəvayət etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Quranla müntəzəm məşğul olub onu həm dilindən, həm də həyatından əskik etməyən adam bir yerə bağlanmış dəvə kimidir. Ona qayğı göstərib daim nəzarətdə saxlayarsa, ipini boşaldıb inad­karlıq etməz. Maraqlanmayıb özbaşına buraxarsa, qaçıb gedər, çətinliklə sakitləşər”. (Buxari, Fədailul-Quran 23; Müslim, Salatul-Müsafirin 226)

عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «مَا أَذِنَ اللّٰهُ لِشَيْءٍ مَا أَذِنَ لِنَبِيٍّ حَسَنِ الصَّوْتِ يَتَغَنّٰى بِالْقُرْآنِ يَجْهَرُ بِهِ»

Əbu Hureyrənin (r.a.) bəyan etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Allah-Təala gözəl səsli Peyğəmbərin Quranı səsli oxumasından şad olduğu kimi, başqa heç nədən şad olmamışdır”.(Buxari, Fədailul-Quran 19; Müslim, Salatul-Müsafirin 232)

عَنْ أَب۪ي لُبَابَةَ بَش۪يرِ بْنِ عَبْدِ الْمُنْذِرِ أَنَّ النَّبِيَّ  قَالَ: «مَنْ لَمْ يَتَغَنَّ بِالْقُرْآنِ فَلَيْسَ مِنَّا»

Əbu Lubabə Bəşir ibn Əbdilmünzirin (r.a.) rəvayət etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.)  belə buyurmuşdur:

“Quranı diqqətlə oxuyub səsini onunla və ya onu səsi ilə gö­zəlləşdirməyən və ya Qurandan qeyri şeylərdən uzaq olmayan insan bizdən deyildir”. (Əbu Davud, Vitr 20)

عَنِ ابْنِ مَسْعُودٍ  قَالَ: قَالَ لِيَ النَّبِيُّ: «اِقْرَأْ عَلَيَّ الْقُرْآنَ»، فَقُلْتُ: يَا رَسُولَ اللّٰهِ أَقْرَأُ عَلَيْكَ وَعَلَيْكَ أُنْزِلَ؟ قَالَ: «إِنّ۪ي أُحِبُّ أَنْ أَسْمَعَهُ مِنْ غَيْرِي» فَقَرَأْتُ عَلَيْهِ سُورَةَ النِّسَاءِ حَتّٰى جِئْتُ إِلٰى هٰذِهِ الْآيَةِ: ﴿فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَه۪يدٍ وَجِئْنَا بِكَ عَلٰى هَؤُلَاءِ شَه۪يدَا﴾ قَالَ: «حَسْبُكَ الْآنَ» فَالْتَفَتُّ إِلَيْهِ فَإِذَا عَيْنَاهُ تَذْرِفَانِ.

Abdullah ibn Məsud  (r.a.) belə  nəql etmişdir:

“Bir dəfə Peyğəmbərimiz (s.ə.s.): “Mənim üçün Quran oxu,” – buyurdu. Mən: “Ya Rəsulallah, Quran Zati-alinizə nazil ola-ola, mən sizə necə Quran oxuya bilərəm?” – dedim. Allah Rəsulu  (s.ə.s.): “Mən Quranı başqasından dinləməyi də sevirəm,” – buyurdu. Bun­dan sonra mən ona “Nisa” surəsini oxumağa başladım, “(Ya Rə­sulum!) Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman onların halı necə olacaq?”  (“Nisa” surəsi, 4/41) ayəsinə çatanda: “Hələlik bəsdir!” – dedi. Susdum. Baxdım ki, Allah Rəsulunun (s.ə.s.) göz yaşları sel kimi axır”. (Buxari, Fədailul-Quran 33; Müslim, Salatul-Müsafirin 247)

 




Şərh yaz