Mənəviyyata Açılan Pəncərə

Qurani-Kərimdə neçə ayə var?

Qurani-Kərimdəki ayə sayının 6666 olduğunu deyə bilərdik. Ancaq Qurandakı hər surədəki ayələri toplayanda fərqli saylar ortaya çıxır. Bəs bu müxtəliflik haradan qaynaqlanır?

Quran ayələrinin sayı haqqında yekdil fikir yoxdur. Bunun bəzi səbəbləri vardır:

1. Ayələrin və ya Qurani-Kərimin tam olub-olmaması mövzusunda hər hansı bir fikir ayrılığı yoxdur. Yəni Quranın hamısı müəyyəndir. Lakin alimlər arasında ayələri saymaq məsələsində görüş ayrılığı mövcuddur. Belə ki, Qurani-Kərimi açanda ayələrin yerini təyin edən yumru işarələrin olduğunu görürük. Bəzi alimlərə görə bu iki dəyirmi işarə arasındakı ifadələr ayədir. Lakin bəzi alimlərə görə, bu iki dəyirmi işarə arasındakı ifadələrin bəzisi bir ayə deyil, iki və ya daha çox ayədir. Bu görüş ayrılığına görə ayə sayında fərqlər ortaya çxır. Yoxsa Quranın bütövlüyündə və ya ayələrin özlərində hər hansı bir anlaşılmazlıq və ya ziddiyyət yoxdur

2. Hər “Bismillahın”[1] müstəqil ayə sayılıb-sayılmayacağı da ixtilaf səbəblərindən biridir. Hər surənin başındakı “bəsmələ” müstəqil bir ayə ola bilərmi, yoxsa tək bir ayədirmi?!

3. Ayrıca, Quranda olan “dayanmayın” mənasını verən “Lə” işarəsinin olduğu yerlərin də bir ayə sayılıb-sayılmayacağı haqqında müxtəlif fikirlər var.

4. “Hurufu-muqadda”[2] hərflərinin ayə sayılıb-sayılmaması baxımından da ayələrin sayı dəyişir.

Bu kimi səbəblərlə Qurani-Kərimin bir hərfində belə dəyişiklik olmadığı halda, Quranda nə qədər ayə olduğu haqqında qeyri-dəqiqlik mövcuddur. Bu fikir müxləlifliyi kitabda ayələrin sayının azalacağı və ya artacağı mənasına gəlmir. Qurani-Kərim əsas olaraq içindəki hər şeylə ortadadır. Ancaq qiymətləndirmə müxtəlifliyinə görə rəqəmlər də müxtəlifdir.

Qiraət imamlarından Nafi Quranda 6217, Şeybə 6214, misirli alimlər 6622 , İbn Abbas 6616 ayə olduğunu söyləmişdir. Kufəlilərin fikri əsas götürülərək bu gün dünyadakı bütün müshəflərdə ayə sayı 6236 olaraq qəbul edilmiş və o şəkildə  nömrələnmişdir.


[1] Quranda Tövbə surəsindən başqa bütün surələrin əvvəlindəki “Bismilləhir-rahmənir-rahim”
[2] Quranda 29 surədə hurufu-muqaddaa var. Hurufu-muqaddaa surələrin əvvəlində olan biri, ikisi və ya üçü yanaşı hərflərdir. Həmin hərflər tək-tək oxunur. Quranda altı surədə “əlif-lam-mim” (Bəqərə, Ali İmran, Ənkəbut, Rum, Loğman, Səcdə, Əraf surəsində isə “əlif-lam-mim-sad”), beş surədə “əlif-lam-ra” (Yunus, Hud, Yusuf, İbrahim, Hicr, Rad surəsində isə “əlif-lam-mim-ra”), altı surədə də “ha-mim” (Fussilət, Zuxruf, Duhan, Casiyə, Əhqaf, Şura surəsində isə “ha-mim-ayn-sin-qaf”) var. Bundan əlavə Şuəra və Qəsas surələri “ta-sin-mim“, Nəml surəsi “ta-sin“, Məryəm surəsi “qaf-ha-ya-ayn-sin-qaf“, Taha surəsi “ta-ha“, Yasin surəsi “ya-sin“, Sad surəsi “sad“, Qaf surəsi “Qaaf“, Qələm surəsidə “nun” hərfi ilə başlayır .
Exit mobile version