1. 178 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Qurban bayramında qurban kəsmək kimlərə vacibdir?

Cavab: Hər bir şəxsin qurban kəsməklə məsul olması üçün tələb olunan şərtlərin həmin şəxsdə olmasına “qurbanın vaciblik şərtləri” deyilir. Hər bir şəxsin qurban kəsməklə məsul olması üçün dörd şərti özündə cəmləşdirməlidir: 1) Müəyyən maddi gücə sahib olmaq, 2) Müsəlman olmaq, 3) Ağlı başında olmaq və yetkinlik çağına çatmaq, 4) Yolçu olmamaq. Odur ki, qeyri-müsəlmanlara, ruhi xəstələrə, kiçik uşaqlara, yolçuya və yoxsullara qurban kəsmək vacib deyildir. Bundan əlavə qeyd etmək lazımdır ki, qurban kəsməyi vacib edən zənginliyin ölçüsü, zəkat və fitrə sədəqəsində lazım olan zənginlik ölçüsü ilə eyni olmaqla insanın borcları, təməl ehtiyaclarından başqa 20 misqal qızıla və ya bu dəyərdə pula, yaxud da ticarət malına sahib olmasıdır. Lakin qurban mövzusunda varlı olduqdan sonra bir ilin keçməsi şərti olmamaqla yanaşı, sahib olunan malın çoxalan (name) növündən olması da vacib deyildir. Belə olan təqdirdə, bayram günlərində borclar çıxıldıqdan və bir il üçün orta hesabla ailə xərcləri çıxıldıqdan sonra geridə 80 qr qızıl və ya bu dəyərdə pulu ya da ticarət malı olan hər bir kəs qurban kəsməklə məsuldur. Bu şərtləri daşımadığı halda qurban alma gücü olan və ya daha sonra verəcəyinə əmin olan şəxs nisyə alsa da qurban kəsə bilər.

Dr. Anar Qurbanov




Şərh yaz