1. 289 dəfə oxunub ,   0 şərh   Çap et

Qurban niyyəti ilə alınan heyvan hər hansı problemlər səbəbilə bayram günlərində kəsilməzsə, nə etmək lazımdır? 

Cavab: Fiqh kitablarında qeyd edildiyinə görə, qurban bayramında kəsilmək üzrə satın alınmış qurbanlıq heyvan hər hansı bir səbəbdən kəsilmədən bayramın dördüncü günü də günəş bataraq keçərsə, əgər bu heyvan mövcuddursa özü, istifadə edilibsə qiyməti yoxsullara sədəqə olaraq verilməlidir. Odur ki, növbəti ilə təxirə salınması düzgün deyildir.




Şərh yaz