Mənəviyyata Açılan Pəncərə

Qurbanlıq heyvanın şərikli kəsilməsi

Cabirdən (r.a) belə nəql edir: “Hüdeybiyyədə Rəsulullahla birlikdə qurban kəsdik. Dəvəni də, inəyi də yeddi nəfər üçün kəsdik.[1]

Qoyun və keçinin hər biri yalnız bir nəfərin adına qurban kəsilir. Bir dəvə yaxud bir sığır (inək və camış) bir nəfərdən yeddi nəfərə qədər şərikli qurban kəsilə bilər. Ancaq bu ortaqların hamısı müsəlman olmalı və Allah rizası üçün ibadət niyyəti ilə kəsməlidirlər. Ortaqlardan hər hansı biri sadəcə ət götürmək niyyəti ilə şərik olarsa, digərlərinin qurbanı səhih olmaz. Ortaqlar qurbanlıq heyvandan öz paylarını tərəzi ilə ayırırlar. Qurbanlıq heyvanın ətini gözəyarı bölmək olmaz. (İmam Malikə görə, bir inək, bir camış və ya bir dəvə eyni ailədən yeddi və ya daha çox adam üçün qurban kəsilə bilər və bu, caizdir. Lakin fərqli ailələr üçün yeddi nəfərdən az olsalar da, caiz deyildir.)


[1] Müslim, Həcc, 352; Əhməd bin Hənbəl, Müsnəd, III, 302.
Exit mobile version