1. 469 dəfə oxunub ,   0 şərh   Çap et

Şəri təmizlik ölçüləri fiqh kitablarımızda ətraflı olaraq ifadə edilmişdir. Buna görə, bir paltar üzərində nəcasət görülərsə, nəcasət təmizlənənə qədər yuyulmalıdır. Əgər nəcasət parçaya işləmiş və çıxmırsa, bu vəziyyətdə üç dəfə yuyular və gücümüz çatdığı qədər möhkəmcə sıxılar. Əgər bir paltara bulaşan nəcasət gözlə görülməzsə həmin paltar da üç dəfə yuyulduqdan sonra sıxmaqla təmiz olar.

Ayrıca nəcis olmayan bir paltar, nəcis bir paltar ilə eyni qazanda və ya ləyəndə yuyularsa, nəcis olmayan paltar da hökmən nəcis sayılır və yuxarıda qeyd etdiyimiz şəkildə yuyulduqdan sonra təmiz sayılar.[1]

Quru təmizləmə və çamaşırxanalarda da bu xüsuslara riayət olunursa təmizlənən paltarlar dinən təmiz sayılırlar.

[1] Əl-İxtiyar, 1/35-36.




Şərh yaz