4. 110 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: أَوْصَان۪ي خَل۪يل۪ي  بِصِيَامِ ثَلَاثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ وَرَكْعَتَيِ الضُّحٰى وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَرْقُدَ»

Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Allah Rəsulu (s.ə.s.) mənə hər ay üç gün oruc tutmağı, hər gün iki rükət quşluq (duha) namazı qılmağı və yatmazdan əvvəl vitr namazını qılmağı tövsiyə etdi”. [Buxari, Savm 60; Müslim, Salatul-Müsafirin 85]

İzah: Yatmazdan əvvəl vitr namazının qılınması təhəccüd na­mazına qalxacağına güvənməyənlərə aiddir. Ümumən, yatsı na­mazını qılıb yatmaq sonra da gecə qalxıb sonuncu namaz kimi vit­ri qılmaq daha fəzilətlidir.

 عَنْ أَب۪ي ذَرٍّ  عَنِ النَّبِيِّ  قَالَ: «يُصْبِحُ عَلٰى كُلِّ سُلَامٰى مِنْ أَحَدِكُمْ صَدَقَةٌ. فَكُلُّ تَسْب۪يحَةٍ صَدَقَةٌ وَكُلُّ تَحْم۪يدَةٍ صَدَقَةٌ وَكُلُّ تَهْل۪يلَةٍ صَدَقَةٌ وَكُلُّ تَكْب۪يرَةٍ صَدَقَةٌ وَأَمْرٌ بِالْمَعْرُوفِ صَدَقَةٌ وَنَهْيٌ عَنِ الْمُنْكَرِ صَدَقَةٌ، وَيُجْزِيءُ مِنْ ذٰلِكَ رَكْعَتَانِ يَرْكَعُهُمَا مِنَ الضُّحٰى»

Əbu Zərr (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir: “Səhər erkəndən günə başlayan hər bir oynağınız üçün Allaha şükür niyyəti ilə bir sədəqə verməlisiniz. Bunu çatdırmaq qeyri-mümkün olduğuna görə hər bir təsbeh (“Subhanallah” demək) bir sədəqə, hər təhmid (“Əlhamdulilləh” demək) bir sədəqə, hər təhlil (“Lə iləhə illəllah” demək) bir sədəqə, hər təkbir (“Allahu Əkbər” demək) bir sədəqə, yaxşılığı tövsiyə edib təşviq etmək bir sədəqə, pis əməllərdən çəkindirib onlara nifrət etdirmək də bir sədəqədir. Bunları da etmirsinizsə, heç olmasa, quşluq vaxtı iki rükət namaz qılın ki, (şükür etməkdə aciz olduğunuz) o nemətlərin əvəzində təqdim edilən sədəqələrin yerini tutsun”. [Müslim, Salatul-Müsafirin 84, Zəkat 56]



Açar sözləri

quşluq namazı

Şərh yaz