1. 081 dəfə oxunub ,   0 şərh   Çap et

عَنِ ابْنِ عُمَرَ   أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «إِنَّ الَّذ۪ينَ يَصْنَعُونَ هٰذِهِ الصُّوَرَ يُعَذَّبُونَ يَوْمَ الْقِيَامَةِ يُقَالُ لَهُمْ: أَحْيُوا مَا خَلَقْتُمْ»

İbn Ömər (r.anhumə) nəql edir: “Allah Rəsulu (s.ə.s.) belə buyurdu: “Bu surətləri (şəkil və heykəlləri) düzəldənlər Qiyamət günü əzaba düçar olacaq, onlara töhmət mənasında: “Təsvir etdiyiniz bu şeyləri dirildin görək!” – deyiləcəkdir”. [Buxari, Tövhid 56; Müslim, Libas 96]

 عَنْ عَائِشَةَ  قَالَتْ: قَدِمَ رَسُولُ اللّٰهِ  مِنْ سَفَرٍ وَقَدْ سَتَرْتُ سَهْوَةً ل۪ي بِقِرَامٍ فِيهِ تَمَاث۪يلُ، فَلَمَّا رَآهُ رَسُولُ اللّٰه  تَلَوَّنَ وَجْهُهُ وَقَالَ: يَا عَائِشَةُ أَشَدُّ النَّاسِ عَذَابًا عِنْدَ اللّٰهِ يَوْمَ الْقِيَامَةِ الَّذ۪ينَ يُضَاهُونَ بِخَلْقِ اللّٰهِ» قَالَتْ: فَقَطَعْنَاهُ فَجَعَلْنَا مِنْهُ وِسَادَةً أَوْ وِسَادَتَيْنِ.

Həzrəti Aişə (r.anhə) nəql edir: “Allah Rəsulu (s.ə.s.) bir döyüşdən qayıtmışdı. Mən otağımın qa­­pısını üstündə canlı rəsmi olan bir pərdə ilə örtmüşdüm. Allah Rəsulu (s.ə.s.) onu görəndə üzünün ifadəsi dəyişdi və mənə belə dedi: “Ey Aişə! Qiyamət günü Allahın hüzurunda ən şiddətli əzab görənlər sənət naminə Onun yaratdıqlarını təqlid edənlərdir”. Pey­­ğəmbərimiz (s.ə.s.) belə buyurandan sonra həmin örtüyü kəsib bir-iki yastıq düzəltdik”. [Buxari, Libas 91; Müslim, Libas 929]

 عَنِ ابْنِ عَبَّاسٍ   قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «كُلُّ مُصَوِّرٍ فِي النَّارِ يُجْعَلُ لَهُ بِكُلِّ صُورَةٍ صَوَّرَهَا نَفْسٌ فَيُعَذِّبُهُ ف۪ي جَهَنَّمَ» قَالَ ابْنُ عَبَّاسٍ: فَإِنْ كُنْتَ لَا بُدَّ فَاعِلاً فَاصْنَعِ الشَّجَرَ وَمَا لَا رُوحَ فِيهِ.

(İbn Abbas (r.anhumə) həzrətlərinin yanına bir rəssam gəlmiş və ondan peşəsi ilə əlaqəli fitva istəmişdi). İbn Abbas ona belə cavab vermişdi:

“Allah Rəsulunun (s.ə.s.) bu məsələ ilə bağlı belə buyurduğunu eşitdim: “Hər (təsvir) surət çəkən (düzəldən) Cəhənnəmdədir. Qiyamət günü həmin adama düzəltdiyi hər surətə müqabil bir can veriləcək və Allah onu Cəhənnəmdə bu şəkildə əzaba düçar edəcək”. İbn Abbas (r. anhumə) bu hədisi nəql edəndən sonra sual verən adama bu tövsiyəni verdi: “Əgər rəssamlığa davam etmək sənin üçün çox vacibdirsə, onda ağacların və cansız əşyaların rəsmini çək”. [Buxari, Buyu 104; Müslim, Libas 99]



Açar sözləri

heykəltəraşlıq

Şərh yaz