Mənəviyyata Açılan Pəncərə

Rəsulullaha (s.ə.s) cadu edilmişdirmi?

Əksər İslam alimlərinə görə, sehr və ya cadu həqiqətən var və onun bəzi növləri fiziki, yəni maddi dünyaya təsir imkanlarına malikdir. Ancaq bu, sehrbazın deyil, onun səbəbləri yerinə yetirməsi nəticəsində Allahın yaratdığı təsirdir. Buxari və Müslimin kitablarında Allah Rəsuluna da (s.ə.s) cadu edilməsi ilə bağlı hədis var. Səhabələr cadu hadisəsini peyğəmbərlik məqamı ilə izah edə bilmirdilər, dolayısilə, nəql etməyib gizləyə bilərdilər. Lakin Rəsulullaha (s.ə.s) qısa müddətli və kiçik təsirləri olan məlum hadisəni rəvayət etməkdə bir uyğunsuzluq görməmişlər. Səhabələr həmin hadisəni nəql etməklə ovsunun  Peyğəmbərimizə (s.ə.s) cüzi və müvəqqəti təsir etdiyini, yəni dinin ruhuna xələl gətirmədiyini bildirərək həm ovsunun şər əməl olduğunu göstərmiş, həm də belə bir müsibət zamanı əl atılan çarə yollarını nəzərə çatdırmışdırlar.

Hz. Aişə rəvayət edir ki, Bəni-Züreyk yəhudilərindən Ləbid ibni Asam Rəsulullaha (s.ə.s) cadu etmişdi. Rəsulullah (s.ə.s) özünə cadu edildiyini bilib dua etdi və Allahdan şəfa dilədi. Çox keçmədən Hz. Cəbrail və Mikail gələrək həqiqəti Peyğəmbərimizə xəbər vermiş, Allah Rəsulunun bir daraq saç-saqqalla xurma çiçəyindən edilən cadunun – cadunu Ləbid ibni Asam etmişdi – Zərvan quyusuna atıldığını söyləmişdir. Rəsuli-Əkrəm bəzi səhabələri ilə birlikdə həmin quyuya getmiş və quyunun ağzını örtmüşdür. 

Cəbrayıl (ə.s) Rəsulullaha (s.ə.s) “muavvizəteyni[1] oxu” – dedi. Rəsulullah hər ayəni oxuyanda bir düyün açılırdı. Son ayəyə çatanda bütün düyünlər açılmışdı. Rəsulullah (s.ə.s) artıq sehrin təsiri getdiyinə görə özünü bağlardan qurtulmuş kimi hiss elədi. Bundan sonra Lübeydi yanına çağıraraq ondan cadu etməyi haqqında soruşdu. Lübyed günahını etiraf etdi. Rəsulullah (s.ə.s) da onu sərbəst buraxdı. Çünki, O (s.ə.s) şəxsi haqqındakı məsələyə görə heç kimdən intiqam almazdı.

Hz. Aişə: “Ya Rəsulallah, cadunu çıxardınızmı?” – deyə soruşanda Peyğəmbərimiz: “Xeyr, çıxarmadım. Qorxdum ki, çıxarıb çözərəm, cadu da xalq arasında geniş yayılar”[2], – deyə buyurmuş, Allah-Təalanın ona şəfa verdiyini və şəfa tapmaq üçün cadunu çözməyin zəruri olmadığını bildirmişdi. Bu hadisə ilə əlaqədar “Fələq” və “Nas”  surələri nazil olmuşdu.

Bu, Rəsulullaha (s.ə.s) edilən cadu haqqındakı hədisdir. Lakin bu cadu Onun (s.ə.s) peyğəmbərliyinə əsla mane olmamışdır. Çünki, Uca Allah Onun (s.ə.s) peyğəmbərliyini qoruyurdu. Qazı İyaz “cadu sadəcə Rəsulullahın (s.ə.s) bədən üzvlərinə təsir etmiş, Onun düşüncəsinə heç bir təsir etməmişdi.” Rəsulullaha (s.ə.s) cadu təsir edə bilər. Bu Qurani-Kərimdə də mövcuddur. Məsələn, Əraf surəsində Musanın (ə.s) qarşısına çıxan Fironun sehrbazlarının oradakı insanları sehrlədikləri bildirilmişdir.[3] Taha surəsində isə sehrbazlar iplərini və əsalarını yerə atarkən bunlar sadəcə insanlara yox, Hz. Musaya (ə.s) da ilan kimi gönrünmüşdü. Hətta Hz. Musanın (ə.s) qorxduğu bildirilir. Uca Allah ona “Qorxma, üstün gələcək mütləq sənsən!”[4] – buyurmuşdur.


[1] Fələq və nəs surələrini.

[2] Buxari, Tibb, 47, 49, 50; Cizyə, 14, Ədəb, 56; Bədul-Xəlq, 11; Müslim, Salam, 43.     

[3] Əraf, 7/116.

[4] Taha, 20/66-68.

Exit mobile version