6. 689 dəfə oxunub ,   0 şərh   Çap et

Ra hərfinin oxunuş şəkilləri

Ra hərfinin oxunuşunda əsas olan qayda qalın oxunmasıdır. Lakin  ra hərfinin digər hərflərdən fərqli bir xüsusiyyəti mövcuddur. Digər hərflərin qalınlığı ya da incəliyi şəxsən özlərindəndir. Yəni hərflər ya qalındır ya da incə. Ancaq   “ra” hərfi olduğu məhəllərə görə incəlik  və ya qalınlıq qazanır.

“Ra” (ر) hərfi, sifəti-hüruf (hərflərin sifətləri) babında sözü keçdiyi üzərə ariz istila hərflərindəndir. Dolayısıyla qalın və incə oxunmağa müsaitdir. Hərəkəsi üstün və ötrə ikən qalın, əsrə ikən incə oxunur. Əgər sakin olursa, əvvəlində olan lazım və ariz kəsrələr, istila hərfləri və lin hərfləri; sonrasında isə  istila hərfləri və bu hərflərin hərəkələri (ر) nın qalın və incə oxunmasına təsir edirlər.

İmam Asim qiraətinin İmam Həfs rəvayətinə görə (ر) nın 12 halı vardır. Bu 12 halın 5i qalın, 4ü incə, 3ü isə həm incə, həm də qalın oxunur.

Ra  (ر) hərfinin hallarını “qalın oxunduğu yerlər”, “incə oxunduğu yerlər”, “qalın və ya incə oxunması caiz olan yerlər” başlıqları adı altında izah edək.

1. Qalın oxunduğu yerlər

a. “Ra” hərfi üstün və ya ötrə ilə hərəkəli isə qalın oxunur. (رَسُولٍ  – فِرَاشًا  – كَافِرُون) kimi.

b. “Ra” sakin əvvəli üstün və ya ötrə olursa yenə qalın oxunur. (بَرْق  – اُرْكُضْ) kimi.

c. “Ra” sakin, əvvəli də sakin olursa daha əvvəlinə etibar olunur. Daha əvvəli üstün və ötrə isə yenə (ر) qalın oxunur.  (بِالصَّبْر  – عُسْر)  kimi.

ç. “Ra” sakin əvvəlində ariz əsrə olarsa qalın oxunur. (إِنِ ارْتَبْتُمْ  – لِمَنِ ارْتَضَى) kimi.

d. İncə oxunması lazım olan (ر)nın önündə (sonrasında) məftuh (fəthəli) istila hərfi olarsa qalın oxunur. (إِرْصَادًا  – قِرْطَاسٍ  – فِرْقَةٍ) kimi. Ancaq bu höküm, (ر) ilə istila hərfi eyni kəlmədə olduğu zaman meydana gəlir. Ayrı kəlmələrdə olarsa qalın oxunmaz. Məsələn: (وَلاَ تُصَعِّرْ خَدَّكَ) ləfzində (تُصَعِّرْ) dəki (ر) sakin, məqəbli (əvvəli) məksür, (خ) da istila hərfi olduğu halda ayrı kəlmələrdə olduqlarına görə (خ), ra hərfinə təsir etməz.

2. İncə oxunduğu yerlər

a. Əsrəi-lazimə (əslindən əsrəli)  ilə hərəkəli olarsa incə oxunur. (يُرِيدُونَ  – رِجَالٍ) kimi. Ariz əsrə ilə hərəkəli isə vəziyyət yenə eynidir: (وَأَنْذِرِ النَّاسَ  – وَذَرِ الَّذِينَ) kimi. (أَنْذِرِ  – ذَرِ) kə­lmələri əmr olduqları üçün əslləri (أَنْذِرْ  – ذَرْ) dir. Vəsl üçün əsrəi-arizə (müvəqqəti əsrə) ilə hərəkələnirlər.

b. (ر) sakin, əvvəli əsrə olarsa incə oxunur: (فَاصْبِرْ  – وَاسْتَغْفِرْهُمْ) kimi.

c. (ر) sakin, əvvəli də sakin, daha əvvəli əsrə olarsa: (قَدِير  – حِجْر  – اَلذَِكْر) kimi.

ç. Sakin (ر) nın əvvəlində lin hərfi (ـَيْ) olarsa: (سَيْر  – خَيْر) kimi.

 3. Qalın və incə oxunması caiz olan yerlər:

a. Əsrədən sonra gələn sakin (ر)nın önündə (sonrasında) istila hərfi məksür olaraq gəlib, ikisi də eyni kəlmədə olarsa: (فِرْقٍ) kimi.

b. Sakin (ر)nın əvvəlində sakin istila olub və əvvəli də məksür olarsa:         (عَيْنَ الْقِطْر  – مِنْ مِصْر) kimi. Bu kəlmələrdə höküm hər nə qədər belə isə də (yəni incə və qalın oxumaq caiz isə də) (ر) ların vəsl hallarına baxaraq vəqf etmək daha yaxşıdır. Yəni: (قِطْرِ) də (ر) nı incə oxumaq, (مِصْرَ) da qalın oxuyaraq vəqf etmək daha yaxşıdır.

c. Vəqf halında qaydalara görə qalın oxunması lazım gələrkən kəlmənin əslinə işa­rə etmək üçün incə oxumaq: (أَسْرِ  – إِذَا يَسْرِ) kəlmələri. Əslləri (أَسْرِي  – إِذَا يَسْرِي) dir.

Ra (ر)  şəddəli  olarsa  höküm  müdgamün  fih (üzərinə idğam edilən)  olan  ikincisinə  aiddir: (يُحَرِّفُونَ) də incə,  (مِنَ الشَّيْطَانِ الرَّجِيم  – يَفِرُّونَ) də qalın.

Sənan Quliyev & Laçın Quliyev




Şərh yaz