1. Allahım! Məni elminlə zənginləşdir, əxlaqımı həlim xasiyyətlə gözəlləşdir, mənə təqva ehsan et, Səndən layiqincə qorxmağı nəsib et, mənə sağlamlıq ver, ya Rəbb![1]
2. Allahım! Qeyri-ciddi halımı, xətamı, günahımı bağışla. Etiraf edirəm ki, bu qüsurların hamısı məndə var.[2]
3. Allahım! Şərqlə qərbi bir-birindən uzaqlaşdırdığın kimi, məni də günah və xətalarımdan uzaqlaşdır.[3]
4. Qəzəbindən, qulların şərindən, şeytanların vəsvəsələrindən və mənimlə birgə olmalarından Allahın kamil, nöqsansız kəlmələrinə sığınıram.[4]
5. Ey Allahım! Mənim xətalarımı, cahilliyimi, işlərimdə yol verdiyim israfı və məndən daha yaxşı bildiyin günahlarımı bağışla![5]
6. Allahım! Nemətindən məhrum olmaqdan, verdiyin sağlamlığı itirməkdən, əzabının qəfil gəlməsindən və Səni qəzəbləndirən şeylərdən Sənə sığınıram.
7. Allahım! Mənim günahımı bağışla, evimə genişlik ver və mənə lütf etdiyin ruzini də bərəkətli et![6]
8. Allahım! Borc içində boğulmaqdan, düşmənə məğlub olmaqdan və düşməni sevindirəcək vəziyyətə düşməkdən Sənə sığınıram.
9. Allahım! Nəfsimə təqvasını ver! Və onu pak elə. Onu yalnız Sən pak edə bilərsən. Onun Vəlisi və Mövlası yalnız Sənsən![7]
10. Allahım! Məni o qədər halal ruzi ilə qane et ki, harama girməyim. Məni kərəminlə elə zəngin et ki, Səndən başqasına möhtac olmayım!
11. Allahım! Mənim qüvvətim və köməyim Səndəndir. Sənin inayətinlə düşmənimin qarşısını ala bilərəm. Sənin yardımınla hücum edərəm (sinə gərərəm). Və Sənin dəstəyinlə mübarizə apararam (çətinliklərlə vuruşaram).[8]
12. Allahım! Mənə gözümdən və qulağımdan faydalanmağı nəsib et və (ölənə kimi) sağlamlıq ver. Mənə zülm edənlərə və etməkdə olanlara qarşı (mübarizədə) kömək et. Və mənə zülm etməkdə olanlardan mənim intiqamımı al.[9]
13. Allahım! Dünyanı saleh qullarına necə göstərirsənsə, mənə də elə göstər![10]
14. Allahım! Faydasız elmdən, qorxmayan və titrəməyən qəlbdən, doymaq bilməyən nəfsdən və qəbul olunmayan duadan Sənə sığınıram![11]
15. Hər növ həmd Allaha məxsusdur. Allahım! Səndən Sənin mərhəmətinə aparan şeyləri, mütləq olan əfvini, hər cür günahdan qorunmağı, hər cür yaxşılığı qazanmağı, cənnətlə sərəfraz olmağı və cəhənnəmdən qurtulmağı istəyirəm.[12]
16. Allahım! Sən mənim böyük-kiçik, əvvəl və sonra, aşkar və gizli etdiyim bütün günahlarımı bağışla![13]
17. Allahım! Mənə yol göstər və hidayət ver, Səndən layiqincə qorxmağı və təqvanı, namuslu yaşayıb iffət sahibi olmağı və qəlb zənginliyi nəsib elə.[14]
18. Allahım! Səni zikr etməkdə, Sənə şükür etməkdə və Sənə ən gözəl qulluğu etməkdə mənə kömək et![15]
19. Allahım! Muhamməd ümməti ilə rəhmətinlə müamilə et.[16]
20. Allahım! Xəsislikdən, tənbəllikdən, ömrün sonunda maddi-mənəvi möhtac vəziyyətə düşməkdən, qəbir əzabından, dirilərin və ölülərin fitnəsindən Sənə sığınıram![17]
21. Allahım! Səni anmaqda, Sənə şükür etməkdə və Sənə yaraşan ibadəti etməkdə bizə yardım et![18]
22. Allahım! Məni gözəl yaratdığın kimi əxlaqımı da gözəlləşdir.[19]
23. Allahım! Sənin rəhmət və mərhəmətini istəyirəm. Məni bir göz qırpımı qədər də nəfsimlə baş-başa qoyma! Mənim bütün hallarımı Sən islah et! Səndən başqa ilah yoxdur.[20]
24. Allahım! Günahımı bağışla! Qəlbimdən kini və qəzəbi təmizlə. Və məni insanı yoldan azdıran fitnə və bəlalardan qoru![21]
25. Allahım! Etdiyim və etmədiyim şeylərin şərindən Sənə sığınıram.[22]
26. Allahım! Azmaqdan və azdırılmaqdan, zülm etməkdən və zülmə məruz qalmaqdan, cahillik etməkdən və ya cahil rəftarla qarşılaşmaqdan Sənə sığınıram!
27. Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan və səfehlikdən Sənə sığınıram. Qəbir əzabından Sənə sığınıram. Həyatın və ölümün fitnəsindən də Sənə sığınıram, ya Rəbb![23]
28. Allahım! Dünya və axirət sıxıntısından Sənə sığınıram![24]
29. Allahım! Bizə bu dünyadan şəhadətsiz və imansız köçməyi nəsib etmə!
30. Ey qəlblərə dilədiyi kimi hökm edən Uca Allahım! Qəlbimi dininə yönəlt, onu dinində sabitqədəm et![25]
Bunlardan başqa aşağıdakı duaları da etmək olar:
* Allahım! Bizi xoşnud olmadığın şeylərlə bir göz qırpımı qədər də olsa, baş-başa qoyma!
* Allahı hər cür nöqsanlardan uzaq tutur və Ona həmd edirəm! Əziz olan Allah hər cür nöqsandan uzaqdır.
* Allahım, mənə və bizlərə Sənin sevdiyin və razı olduğun şeyləri etməyi nəsib et!
* Allahım! Məni ixlaslı və ixlası əldə etmiş, müttəqi, Səndən layiqincə qorxan, zahid, Səndən razı olan, Sənin razı olduğun, sevdiyin, Səni sevən, yaxşı, saf, təmiz və Sənə yaxın qullarından eylə! Məni əxlaqı Quran əxlaqı olan qullarından elə, ya Rəbb!
* Allahım! Səni hər cür nöqsan və qüsurdan uzaq tutur və Sənə həmd edirəm.
* Səndən əfv diləyir, yanlış yollara düşdüyümü anlayan kimi, dərhal tövbə edir, Sənə yönəlirəm.
* Allahım! Bizə işimizdə bir çıxış yolu və qurtuluş nəsib et.
* Allahım! Səni yaratdığın məxluqlar, razı olacağın şeylər qədər, Ərşin ağırlığı və Səni anladan sözlərin mürəkkəbi qədər təsbih və həmd edirəm.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.