Namaz qılarkən Fatihə surəsindən sonra Qurani-Kərimdən istənilən ayə və ya surə oxuna bilər. Bunda hər hansı məhdudiyyət yoxdur. Bununla yanaşı Allah Rəsulunun (s.ə.s) hər namazda adət halına gətirərək oxuduğu yerlər vardır. Aşağıda bu surə və ayələr qeyd ediləcək. Bu o demək deyil ki, Rəsulullah (s.ə.s) həmişə eyni surə və ya ayələri oxuyardı. Buna görə də Qurandan əzbər bildiyimiz surələri unutmamaq üçün həmişə eyni surələri oxumaq əvəzinə başqa surələri və ya ayələri oxumaq daha düzgün olar. Buna görə də alimlər Rəsulullahın (s.ə.s) oxuduğu yerləri oxumağı müstəhəb saymış, mütləq bu yerlər oxunmalıdır deyə şərt qoşmamışlar.
1. Səhər namazı
Səhər namazının sünnətində
Rəsulullah (s.ə.s) səhər namazının sünnətində qısa surələrdən və ya bir neçə ayə oxuduğu bildirilir.[1] Bəzən birinci rükətdə “Kafirun” surəsini, ikinci rükətdə də “İxlas” surəsini oxumuşdur.[2] Bəzən də birinci rükətdə Bəqərə surəsi 136-cı ayəsini
قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحٰقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
ikinci rükətdə də Ali İman surəsi 52-ci
فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللَّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللَّهِ آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ
və ya 64-cü ayələrini oxuduğu rəvayət olunur.[3]
قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللَّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ
Səhər namazının fərzində:
Rəsulullah (s.ə.s) Tivalı-Müfəssəl[4] olaraq adlandırılan uzun surələri oxuyardı.[5]Rəsulullahın (s.ə.s) səhər namazının fərzində, Fatihədən sonra oxuduğu rəvayət olunan surələrin bəziləri bunlardır:
Tur surəsi[6], Kaf surəsi[7], Təkvir surəsi[8], Rum surəsi[9], Muminun surəsi[10], Zilzal surəsi[11], Ənfal surəsi (40 ayə)[12], Fələq və Nəs surələri.[13]
Cümə günləri isə səhər namazında Səcdə surəsi və İnsan (Dəhr) surəsini[14]oxuduğu rəvayət edilir.
2. Günorta namazı
Rəsulullah (s.ə.s) günorta namazının fərzində çox vaxt Əvsatı-Müfəssəl[15] adlandırılan surələri oxuyardı. Rəsulullah (s.ə.s) günorta namazının fərzində bəzən çox qiraət edər, birinci rükətdə qiraəti ikinci rükətdən uzun olardı.[16]Fatihə də daxil olmaqla təxminən otuz ayə və ya Səcdə surəsi qədər (30 ayədir) oxuduğu rəvayət edilir.[17] Tariq, Ğaşiyə, Buruc, Leyl, İnşiqaq və bənzəri surələri də oxumuşdur.[18]
3. İkindi namazı
Rəsulullah (s.ə.s) ikindi namazının fərzində çox zaman Əvsatı- Müfəssəl[19] adlandırılan surələri oxuyardı.
Rəsulullahın (s.ə.s) hər rükətdə on beş ayə; günorta namazının ilk iki rükətində oxuduğunun yarısı qədər oxuduğu bildirilir.[20]
4. Axşam namazı
Rəsulullah (s.ə.s) axşam namazının fərzinin az qiraət etmişdir.[21] Adətən axşam namazında Bəyyinə surəsindən sonrakı qısa surələri oxmuşdur. Bəzən də axşam namazında Mürsəlat[22], Tur[23], Maidə və Əraf surələri kimi uzun surələri (və ya həmin surələrdən müəyyən qədər) oxuduğu rəvayət olunur.[24]
Rəsulullah (s.ə.s) axşamın namazının sünnətində sübh namazında olduğu gibi Kafirun və İxlas surələrini oxumuşdur.[25]
5. Yatsı namazı
Rəsulullah (s.ə.s)yatsı namazında Şəms[26], İnşiqaq[27],Tin[28], Ə’la, İqra, Leyl surələrini oxumağı tövisyə etmişdir.[29]
6. Gecə (təhəccüd) namazı
Rəsulullah (s.ə.s) gecə namazlarında bazən səsli, bəzən də səssiz oxumuşdur.[30] Qiraəti də bəzən uzun, bəzən də qısa olmuşdur.[31] Bir gecədə Bəqərə, Ali İmran, Nisa surələrini oxuduğu bildirilir.[32] İsra, Zümər sürələrindən hər gecə yüz ayə oxuyaraq namaz qılan şəxsin qafillərdən olmayacağını söyləmiş və buna təşviq etmişdir.[33] Bundan əlavə, Rəsulullahın (s.ə.s) təhəccüd namazında sadəcə bir ayə oxuduğu da rəvayət olunur.
Əbu Zərr Əl-Ğifari (r.a) rəvayət edir ki, Rəsulullah (s.ə.s) gecə namazına qalxdı və səhər namazının vaxtı girənə kimi namaza qılmağa davam elədi. Namazda tək ayə oxudu. O da bu ayədir:
إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
” Əgər onları cəzalandırarsan, şüphə yoxdur ki, onlar Sənin bəndələrindir. Onları əfv edərsən, Əziz və Həkim (üstün qüdrət, tam hökm və hikmət sahibi) ancaq Sənsən.” (Maidə surəsi 5/118).[34]
7. Vitr namazı
Rəsulullah (s.ə.s) vitr namazını gecə (təhəccüd) namazından sonra qılmış və gecə qalxa bilənlərə belə etməyi tövsiyə etmişdir. Vitr namazının birinci rükətində Ə’la surəsini, ikinci rükətində Kafirun surəsini, üçüncü rükətində də İxlas surəsini oxumuşdur.[35]Bəzən də bunlara Fələq və Nəs Surələrini də əlavə etmişdir.[36]Bir dəfə vitr namazının bir rükətində Nisa surəsindən yüz ayə oxuduğu da rəvayət edilir.[37]
8. Cümə namazı
Rəsulullah (s.ə.s) bəzən cümə namazının birinci rükətində Cümə surəsini, ikinci rükətində Münafiqun surəsini oxumuşdur.[38] Bəzən də ikinci rükətdə Münafiqun surəsin yerinə Ğaşiyə surəsini oxumuşdur.[39]Bəzən də birinci rükətdə Ə’la surəsini, ikinci rükətdə Ğaşiyə surəsini oxumuşdur.[40]
9. Bayram namazı
Allah Rəsulu (s.ə.s) bayram namazında bəzən birinci rükətdə Ə’la surəsini, ikinci rükətdə də Ğaşiyə surəsini oxumuşdur.[41] Bəzən də Qaf və Qəmər surələrini oxuduğu rəvayət olunur.[42]
[1]Buxari, Təhəccüd, 28; Müslim, Səlatul-Müsafirin, 92, 93; Əbu Davud, Tətavvu, 3.
[2]Müslim, Səlatul-Müsafirin, 98;Tirmizi, Məvaqit, 191.
[3]Müslim, Səlatul-Müsafirin, 99-100. Əbu Davud, Tətavvu, 3; Nəsəi, İftitah, 38.
[4]Tivalı-Müfəssəl; Hücurat surəsindən Buruc surəsinin sonuna qədər olan surələr bu grupda yer alır.
[5]Nəsai, İftitah, 6.
[6]Buxari, Həcc 64; Müslim, Həcc, 42.
[7]Müslim, Səlat,165-168 ; Tirmizi, Səlat, 226-228.
[8]Müslim, Səlat, 164 ; Darimi, Səlat, 66; Nəsəi, İftitah, 44; İbn Macə, İqamətus-səlat, 5; Əbu Davud, Səlat, 131,132.
[9]Nəsai, İftitah, 41.
[10]Buxari, Əzan 106; Müslim, Səlat, 163; Əbu Davud, Səlat, 89, Nəsəi, İftitah, 76.
[11]Əbu Davud, Səlat,134.
[12]İbn Məsud (r.a) rəvayət edir: Sübh namazının birinci rükətində Ənfaldan qırx ayə qədər, ikinci rükətində isə müfəssəl sürələrdən birini oxumuşdur. Buxari, Əzan 106.
[13]Bir dəfə səfərdə olarkən, namazda “Qul əuzu bi-rabbil-fəlaq” və “Qul əuzu bi-rabbin-nəs” surələrini oxumuşdur. Əbu Davud, Salat,19; Nəsai, İftitah, 45.
[14]İbn Abbas (r.a) rəvayət edir: Rəsulullah (s.ə.s) cümə günü, sübh namazında Əlif-Lam-Mim Tənzil, Səcdə, və Həl əta alal-insəni hinun minəd-dəhr surələrini oxuyardı. Yenə Rəsulullah (s.ə.s) cümə namazında Cümə və Münafiqun surələrini oxuyardı. Müslim, Cümə, 64; Əbu Davud, Səlat, 218; Tirmizi, Səlat, 375; Nəsai, Cümə, 38, İftitah, 47.
[15]Əvsatı-Müfəssəl: Buruc ve Bəyyinə surəsindən Ləm Yəkuna qədər olan surələr.
[16]Müslim, Səlat, 154,161, 162; Nəsəi, İftitah, 56; İbn Macə, İqamətus-səlat, 5, 7; Əbu Davud, Səlat, 124, 125.
[17]Müslim, Səlat, 156; Tirmizi, Səlat, 227; Nəsai, Səlat, 16.
[18]Müslim, Səlat, 170; Tirmizi, Səlat, 227; Əbu Davud, Səlat,124, 125.
[19]Əvsat-ı Müfəssəl: Buruc ve Bəyyinə surəsindən Ləm Yəkuna qədər olan surələrdir.
[20]Müslim, Səlat,156.
[21]Nəsai, İftitah, 61, 62; Nəsai, İftitah, 13; İbn Macə, Səlat, 7.
[22]Buxari, Əzan 98; Müslim, Səlat, 173; Nəsai, İftitah, 64.
[23]Buxari, Əzan, 9; Müslim, Səlat, 174; Nəsai, İftitah, 65; İbn Macə, İqamətus-səlat, 9.
[24]Buxari, Əzan, 98; Əbu Davud, Səlat, 127.
[25]Nəsai, İftitah, 68.
[26]Tirmizi, Səlat, 229; Nəsai, İftitah, 62.
[27]Nəsai, İftitah, 53.
[28]Nəsai, İftitah, 72, 73.
[29]“Muaz (r.a) yoldaşlarına yatsı namazını uzun qıldırmışdı. Ənsardan bir gənc, namazdan ayrıldı və namazını təkbaşına qıldı. Muaz namazı bitirincə, bu məsələ ona söyləndi. Bunun üzərinə Hz. Muaz: “Bu adamın elədiyi münafiqlikdir!”- dedi. Həmin gənc də bunu eşidincə Muazın bu sözlərini Rəsulullaha (s.ə.s) bildirdi. Rəsulullah (s.ə.s) “Ey Muaz! İnsanları fitnəyə salmaq istəyirsən? İnsanlara imamlıq edəndə “Vəş-şəmsi və duhaha”, “Səbbihismə rabbikəl-ə’la”, “İqra’ bismi rabbik” və “Vəl-leyli izə yəğşə” surələrini oxu. (Bu bir həqiqətdir ki, sənin arxanda yaşlı, zəif və ehtiyac sahibi insanlar namaz qılmaqdadır.)” Buxari, Əzan, 63,96; Müslim, Səlat 178-181; Nəsai, İftitah 71.
[30]Nəsai, Qiyamul-leyl 23; Tirmizi, Səlat 327.
[31]Buxari, Təhəccüd, 9; Müslim, Səlatul-Müsafirin, 203, 204; İbn Mace, İqamətus-səlat, 200; Nəsai, İftitah, 164, Qiyamul-leyl, 25.
[32]Müslim, Səlatul-Müsafirin, 203; Nəsai, İftitah, 164, Qiyamul-leyl, 25.
[33]Əbu Davud, Səlat, 326.
[34]Nəsai, İftitah 79.
[35]Nəsai, Qiyamul-leyl, 47-50; Tirmizi, Vitr 337; İbn Macə, İqamətus-səlat, 115.
[36]Tirmizi, Vitr 337; Macə, İqamətus-səlat115.
[37]Nəsai, Qiyamul-leyl, 46.
[38]Müslim, Cümə, 61; Əbu Davud, Salat, 234,236 ; İbn Macə, İqamətus-səlat, 90; Tirmizi, Cümə 37.
[39]Müslim, Cümə, 63; Əbu Davud, Salat, 234,236; İbn Macə, İqamətus-səlat, 90.
[40]Müslim, Cümə, 62; Əbu Davud, Salat, 234,236; İbn Macə, İqamətus-səlat, 90.
[41]Müslim, Cümə, 62; Əbu Davud, Salat, 234,236; İbn Macə, İqamətus-səlat, 157.
[42]Müslim, İdeyn, 14, 15; İbn Macə, İqamətus-səlat, 157; Əbu Davud, Səlat, 243, 246.