2. 850 dəfə oxunub ,   1 şərh   Çap et

Rəsulullah (s.ə.s) peyğəmbərliyindən əvvəl özünə vəhy olunacağı haqqında heç nə bilmirdi. Ona (s.ə.s) özünün xəbəri olmadan vəhy gəlmişdir. Quranda bu haqda belə buyurulur: “Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi.”[1]

Allah Rəsulu (s.ə.s) anidən ilk vəhylə qarşılaşmış və vəhyi gətirən mələk görünüb birdən gözdən itirdi. Peyğəmbərimizin vəhylə ilk dəfə qarşılaşarkən keçirdiyi həyəcan da bunu təsdiq edir.

Rəsulullaha ilk vəhy yuxuda ikən sadiq röyalar vasitəsilə gəlmişdir. Həmin vaxtlar gördüyü yuxular eynilə doğru çıxardı. Bundan sonra yalnızlıq Ona sevdirildi. Hira mağarasına çəkilərək gecələr ibadətlə məşğul olmağa, sonra ailəsinin yanına qayıdaraq bir neçə günlük azuqəsini götürüb yenidən ibadətə davam eləməyə başladı. Nəhayət gözləmədiyi vaxtda Ona vəhy gəldi. Hira mağarasında olarkən anidən mələk gələrək “oxu” − dedi. “Mən oxuya bilmirəm” − deyə cavab verdi. Cəbrail yaxınlaşır və yenidən Onu qucaqlayır. Taqəti kəsilənə kimi sıxır, ardınca buraxaraq:

− Oxu, − deyir. Allah Rəsulu eyni cümləni təkrar edir:

− Mən oxumağı bacarmıram!

Görünür, bu məsələnin arxasında başqa bir məqam vardı. Çünki Cəbrail yenidən yaxınlaşmış və Məhəmmədül-Əmini belindən qucaqlayaraq bərk-bərk sıxırdı. Bir müddət sonra buraxır və yenə:

− Oxu! − deyir.

− Mən oxumağı bacarmıram axı! Nəyi oxuyum? − deyə Allah Rəsulu təkrar dillənir. Cəbrail yenə Rəsulullahı qucaqlayır. Nəhayət, məsələ yoluna qoyulur. Qucaqladığı Allah Rəsulunu  buraxan Cəbrail bunları deyirdi:

− Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu!  Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. O Rəbbin ki insana bilmədiklərini öyrətdi.[2]

Həyəcan içində  evə çatır: − Üstümü örtün, üstümü örtün, − deyə vəfalı yoldaşına üz tutur. Sonra da mübarək başını Xədicə anamızın dizi üstə qoyur. Diqqətlə ərinə baxan mətanətli qadın şəfqət dolu səslə:

− Ey Əba Qasım! Haralarda idin? Allaha and olsun ki, arxanca adamları göndərdim. Məkkədə baxmadıqları yer qalmadı, amma Səndən bir xəbər çıxmadı, − deyə həyat yoldaşına olan məhəbbətini dilə gətirirdi.

Bir müddət sonra Allah Rəsulu:

− Özümdən qorxuram, ey Xədicə! Bir ziyana uğramaqdan əndişə edirəm, − deyincə sevimli həyat yoldaşı:

− Qətiyyən narahat olma, qorxma! Allah Səni heç vaxt hədər etməz, əksinə Səni qoruyar, − deyir və ardınca da  əlavə edir:

− Çünki sən qohum-əqrəbalarını himayə edir, imkansızların əlindən tutur və ehtiyacı olanları da geyindirirsən. Eyni zamanda, evindən qonaq əskik olmaz. Sən hər hərəkətinlə həmişə Haqqın yolundasan və özünü tamamilə xeyirli işlərə həsr etmisən.[3]

Ayə və vəhy gələrkən ona verdiyi reaksiya və mağaradan ayrılandan sonrakı qorxusu onu göstərir ki, Rəsulullah (s.ə.s) peyğəmbər olacağından xəbərdar deyildi. Buna hazırlıq da görmürdü.

[1] Qasas, 28/86.

[2] Ələq, 96/1-5.

[3] Buxari, Bədul-vəhy, 7. 



Açar sözləri

peyğəmbər Rəsulullah

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Həzrət Hafsa

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.


1 şərh yazılıb
  1. alabina , 12/03/2014 tarixində, saat 05:03

    Sizə təşəkkür edirəm.Sağ olun ki, istifadəçilçri məlumatlandırırsız.Sizden xahiş etmək istəyirəm. Mümkündürsə dünyəvi elmlərin də əgər ALLAH rizası üçün öyrənilirsə bu haqda qula nə qədər savab yazılır vı günahları silinir. Bu haqda da məlumat yazmanızı xahiş edirəm. Bəlkə də bu yazınızla biz gənclər daha da çox həvəslə işləyib oxuyub Vətənə daha da layiqli övlad olaq, milli dəyərlərimizi qoruyaq,önceden təşəkkürmü bildirirəm.

Şərh yaz