942 dəfə oxunub ,   0 şərh   Çap et

يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللّٰهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضٰى مِنَ الْقَوْلِ وَكَانَ اللّٰهُ بِمَا يَعْمَلُونَ مُح۪يطًا

Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O, onların yanındadır (Allah onları bilir). Allah onların nələr etdiyini bilir. {“Nisa” surəsi, 4/108}

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : « تَجِدُونَ النَّاسَ مَعَادِنَ: خِيَارُهُمْ فِي الْجَاهِلِيَّةِ خِيَارُهُمْ فِي الْإِسْلَامِ إِذَا فَقُهُوا وَتَجِدُونَ خِيَارَ النَّاسِ ف۪ي هٰذَا الشَّأْنِ أَشَدَّهُمْ كَرَاهِيَةً لهُ وَتَجِدُونَ شَرَّ النَّاسِ ذَا الْوَجْهَيْنِ الَّذ۪ي يَأْت۪ي هٰؤُلَاءِ بِوَجْهٍ وَهٰؤُلَاءِ بِوَجْهٍ»

Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“İnsanların mədən kimi fərqli xarakter və dəyərə malik olduğunu görürsünüz. Cahiliyyə dövründə xeyirli olanlar müsəlman olanda da xeyirlidir, bir şərtlə ki dinin ruhunu qavramış olsunlar. Siz ən xeyirli insanlar kimi idarəçilikdən imtina edənləri görə bilərsiniz. Ən şərli insanlar kimi ikiüzlüləri görərsiniz ki, onlar biri ilə bir üzlə, başqası ilə başqa üzlə oturub-duran insanlardır.” [Buxari, Mənaqib 1; Müslim, Fədailus-səhabə 199]




Şərh yaz