Mənəviyyata Açılan Pəncərə

Rükuda oxunan dua və zikirlər

سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ

“Subhanə rəbbiyəl azim”

Sübhansan ya Rəb! Səni təsbih edirəm, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, mütəalsan

سُبْحَانَ ذِى الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ

“Subhanə zil cəbəruti vəl mələkuti vəl kibriyəi vəl azəməti”

Cəbərut (əsma-sifət və ya bərzəx aləmi), mələkut (məlaikə və ruhanilərə məxsus aləm yəni varlığın pərdə arxası), kibriya (ululuq) və əzaəmət sahibi Allahı təsbih edirəm.

سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي

“Subhanə kəllahummə rabbənə və bihəmdikə allahum məğfir li”

Səni təsbeh edirem Allahım.. Sənə məxsus həmd ilə Səni təsbeh edirəm ey hər şeyin, mənim də Rabbim.. Allahım, bağışla məni.

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddusun rabbul mələikəti vər ruhi”

Ey bütün əksik və qüsurlardan münəzzəh olan Sübbuh və bütün üstün vəsiflari, kəmal, fəzilət və gözəllik sifətlərini Zatında cəm edən Qüddüs; ey mələklərin və Ruhun Rəbbi! Səni təsbih ü təqdis edirəm.

سُبْحَانَ اللّٰهِ وَبِحَمْدِهِ سُبْحَانَ اللّٰهِ الْعَظِيمِ

“Subhanəllahi və bihəmdihi subhanəllahil azim”

Sübhansan ya Rəb! Həmd ü səna duyğularıyla dolu olaraq Səni təsbih edirəm. Ey Uca Allahım, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, mütəalsan!

 اللَّهُمَّ لَكَ رَكَعْتُ وَبِكَ آمَنْتُ وَلَكَ أَسْلَمْتُ أَنْتَ رَبِّي خَشَعَ سَمْعِي

 وَبَصَرِي وَمُخِّي وَعَظْمِي وَعَصَبِي وَمَااسْتَقَلَّتْ بِهِ قَدَمِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ

“Allahummə ləkə rakətu və bikə əməntu vələkə əsləmtu əntə rabbi xassə səmi və basari və muxxi və azmi və asabi və məstəqallət bihi qadəmilləhi rabbil aləmin”

Allahım, Sənə rüku etdim, Sənə inandım və Sənə təslim oldum. Sən Mənim Rəbbimsən. Qulağım, gözüm, beynim, iliyim, sümüyüm, əsəblərim və ayaqlarımın daşıdığı hər şey, aləmlərin Rəbbi Allaha boyun əymiş, itaət etmişdir.

 

Exit mobile version