3. 740 dəfə oxunub ,   0 şərh   Çap et

 

رَبَّنَا وَلَكَ الْحَمْدُ

Ey Rəbbimiz, həmd Sənə məxsusdur.

حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ

Sonsuz, ən pak, ən mübarək həmd və təriflər Allaha məxsusdur.

 رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَالأَرْضِ، وَمِلْءَ مَا بَيْنَهُمَا

وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ

Ey Rəbbimiz, göyləri, yeri, arasında hər şeyi və daha başqa dilədiyin şeyləri dolduracaq qədər həmd Sənə məxsusdur.

أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ أَحَقُّ مَا قَالَ الْعَبْدُ وَكُلُّنَا لَكَ عَبْدٌ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ

Ey məcd ü sənaya layiq Rəbbimiz!.. Bəndələrinin-ki hamımız da Sənə bəndəyik- söyləyəcəyi en layiq söz budur: Allahım, Sənin ehsan etdiyinə mane olacaq yoxdur. Sənin mane olduğunu da verə biləcək kimsə yokdur. Sənin rizan olmadığı ad-sanın sahibinə bir faydası olmaz.

اللَّهُمَّ طَهِّرْنِي بِالثَّلْجِ وَالْبَرَدِ وَالْمَاءِ الْبَارِدِ اللَّهُمَّ طَهِّرْنِى مِنَ الذُّنُوبِ وَالْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ اْلأَبْيَضُ مِنَ الدَّنَسِ

Allahım qəlbimi qar, dolu və soyuq su ilə təmizlə. Allahım, günahlarımı və xətalarımı yuyulduqda üstündəki kirlərdən təmizlənərək ağaran paltar kimi təmizlə.



Açar sözləri

namaz duaları rüku

Bənzər məqalələr

Rükuda oxunan dualar

Rüku lüğətdə “əyilmək” mənasını verir. Namazın əsas ünsürlərindən biri olan rüku əllər dizlərə çatacaq şəkildə önə doğru əyilmək deməkdir.

Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

Rəsulullahın (s.ə.s) təhəccüdə qalxanda oxuduğu dua

Allahım, Sənə həmd olsun. Sən səmaları, yeri və içində olanları var edən Qayyumsan. Sənə həmd olsun. Sən səmaların, yerin və içindəkilərin həqiqi sahibi olan Məliksən. Və Sənə həmd olsun, Sən səmaların, yerin və içindəkilərin Nurusan.

Namazdakı hərəkətlərin hikməti və mənaları

Namazı layiqincə qılmağa çalışan bir mömin öz səviyyəsində meraca yüksəlmiş sayılır. Müsəlman da namaz ibadətini nə qədər layiqincə yerinə yetirə, namazda ilahi dərgaha nə qədər ürəkdən yönələ bilirsə, o səviyyədə meraca yüksəlmiş olur. Özünü Uca Allahın dərgahında hiss edir, sanki Onu görür. Qəlbi imanla elə coşub-daşır ki, elə bil yer üzündə deyil, Rəbbin dərgahında rüku edir, alnını torpağa deyil, İlahinin hüzuruna qoyur.

Rükuda oxunan dua və zikirlər

Sübhansan ya Rəb! Səni təsbih edirəm, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, mütəalsan


Şərh yaz