عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «الشُّهَدَاءُ خَمْسَةٌ: اَلْمَطْعُونُ وَالْمَبْطُونُ وَالْغَر۪يقُ وَصَاحِبُ الْهَدْمِ وَالشَّه۪يدُ ف۪ي سَب۪يلِ اللّٰهِ»
Əbu Hureyrə (r.a.) nəql edir:
“Allah Rəsulu (s.ə.s.) belə buyurdu: “Şəhidlər beş cürdür: vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar və Allah yolunda canından keçənlər”. [Buxari, Cihad 30; Müslim, İmarə 164]
عَنْ سَع۪يدِ بْنِ زَيْدِ بْنِ عَمْرِو بْنِ نُفَيْلٍ أَحَدِ الْعَشَرَةِ الْمَشْهُودِ لَهُمْ بِالْجَنَّةِ قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ يَقُولُ: «مَنْ قُتِلَ دُونَ مَالِهِ فَهُوَ شَه۪يدٌ وَمَنْ قُتِلَ دُونَ دَمِهِ فَهُوَ شَه۪يدٌ وَمَنْ قُتِلَ دُونَ د۪ينِهِ فَهُوَ شَه۪يدٌ وَمَنْ قُتِلَ دُونَ أَهْلِهِ فَهُوَ شَه۪يدٌ»
Aşəreyi-mübəşşərədən olan Said ibn Zeyd (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:
“Malını qoruyarkən haqsız yerə öldürülənlər, canını qorumaq üçün özünü müdafiə edərkən haqsız yerə qətlə yetirilənlər, dinini tərk etmədiyi üçün öldürülənlər və ailəsinin namusunu və şərəfini qoruyarakən öldürülənlər şəhiddir”. [Əbu Davud, Sünnət 29; Tirmizi, Diyat 21]
عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: جَاءَ رَجُلٌ إِلٰى رَسُولِ اللّٰهِ فَقَالَ: يَا رَسُولَ اللّٰهِ أَرَأَيْتَ إِنْ جَاءَ رَجُلٌ يُر۪يدُ أَخْذَ مَالِي؟ قَالَ: «فَلَا تُعْطِهِ مَالَكَ» قَالَ: أَرَأَيْتَ إِنْ قَاتَلَنِي؟ قَالَ: «قَاتِلْهُ » قَالَ: أَرَأَيْتَ إِنْ قَتَلَنِي؟ قَالَ: «فَأَنْتَ شَه۪يدٌ» قَالَ: أَرَأَيْتَ إِنْ قَتَلْتُهُ؟ قَالَ: «هُوَ فِي النَّارِ»
Əbu Hureyrə (r.a.) demişdir:
“Bir nəfər Allah Rəsulunun (s.ə.s.) yanına gələrək:
– Ey Allahın Rəsulu! Malımı qəsb etmək və ələ keçirmək istəyən adam mənə ilişsə, nə edim? – deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s.):
– Malını ona vermə! – deyə cavab verdi. Adam:
– Əgər mənimlə vuruşmağa cəhd göstərərsə? – deyə soruşdu.
– Sən də ona cavab ver! – dedi. Adam:
– Əgər məni öldürərsə? – dedi. Allah Rəsulu (s.ə.s.):
– Onda sən şəhid sayılırsan, – buyurdu. Adam:
– Yox əgər mən onu öldürsəm? – deyəndə Peyğəmbərimiz (s.ə.s.):
– O, Cəhənnəmdədir! – buyurdu”. [Müslim, İman 225]