1. 935 dəfə oxunub ,   0 şərh   Çap et

Zəkat düşən malların bir şərti də artma, gəlir gətirmə xüsu­siyyətlərini daşıması və zəruri ehtiyaclardan olmamasıdır. Son dövrlərdə ictimai və texnoloji inkişafın bir nəticəsi olaraq  fabrik, dəzgah, icarə bina, şadlıq sarayı, hotel, təyyarə, avtobus, taksi və s. kimi gəlir gətirən yeni mallar meydana çıxmışdır. Bu mallar həm qazanc gətirir, həm də zəruri ehtiyaclara daxil deyildir. Elə isə bu mallardan da zəkat verilməlidir. Bu məsələdə İslam alimləri də eyni fikirdədir.

Lakin bu malların zəkatı hansı üsulla müəyyənləşdirilməlidir? Bunlar alış-veriş yolu ilə əl dəyişdirmədiyinə, icarə və istifadə yolu ilə gəlir gətirdiyinə görə ticarət əmtəəsi sayılmır. Elə isə onların dəyərinin 2,5%-ni zəkat kimi almaq olmaz. Bunların gəliri hərəkətli sərmayənin gəlirləri ilə müqayisə olunmamalıdır. Çünki sıradan çıxma, köhnəlmə kimi xüsusiyyətləri var. O halda bu malların zəkatı nədən verilməlidir, mayasından, yoxsa gəlirindən? Gəlirlərindən veriləcəksə, xərclərini çıxmağa ehtiyac varmı? Məhz bu məsələlərlə bağlı müasir alimlər fərqli fikirlər irəli sürmüşlər. Bir qisim din alimləri bunları əkin yer­lərinə bənzədərək deyirlər ki, əgər fabrik gəlirlərinin satışı məlumdursa, 10%, məlum deyilsə, 5% zəkat tələb olunur. Digər alimlərin fikrincə, fabrikin amortizasiya xərcini çıxdıqdan sonra sənaye sərmayəsinin bazar qiymətinin 2,5%-i zəkat verilməlidir. Nəticə etibarilə, Əbu Zəhra, Xallaf, Qardavi kimi alimlər tətbiqi asan olsun deyə, əkin yerinin özündən yox, məhsulundan zəkat alınmasını əsas götürərək bütün xərcləri və illik amortizasiya dəyərini çıxandan  sonra illik xalis gəlirin 10%-nin, ümumi gəlirin isə 5%-nin zəkat verilməsi fikrini daha məqbul hesab etmişlər.[1]

 


[1]  Əli Özək, (Heyət), “Zəkat”, 96; Qardavi, “Zəkat”, 1/462 vd.

 



Açar sözləri

zəkat

Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Varlılar kasıblardan üstündürlərmi?

İslam, ehtiyac sahibi bir şəxsin  başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.


Şərh yaz