Allah Rəsulunun tutduğu oruclardan biri də, Şaban ayında tutduğu orucdur. Rəsulullah (əleyhissalətu vəssələm) bu ayda daha çox oruc tutar, hətta Ramazanla birləşdirərdi. Ümmü Sələmə anamızın rəvayət etdiyi bir hədisdə: “Peyğəmbər Əfəndimizin (əleyhissalətu vəssələm) il boyunca Şaban ayı xaric bir ayın hamısını oruclu keçirməmişdir. Şaban ayını Ramazan ayına birləşdirərdi.” deyilməkdədir. Hz. Aişə (radıyəllahu anhə) də bu mövzuda bu xəbəri bizə nəql edir: “Peyğəmbər Əfəndimiz (əleyhissalətu vəssələm) Şaban ayından daha çox heç bir ayda oruc tutmazdı. Şaban ayının hamısını oruclu keçirərdi.”