عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «تَسَحَّرُوا فَإِنَّ فِي السُّحُورِ بَرَكَةً»
Hz. Ənəsin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Sahura qalxın (oruc tutarkən sahur yeməyi yeyin), çünki sahur vaxtı yeyilən yeməkdə bərəkət, xeyir və savab var”. [Buxari, Savm 20; Müslim, Siyam 45]
وعَنْ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «فَضْلُ مَا بَيْنَ صِيَامِنَا وَصِيَامِ أَهْلِ الْكِتَابِ أَكْلَةُ السَّحَرِ».
Amr ibn əl-As (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir: “Bizim orucun kitab əhlinin orucundan əsas fərqi sahur yeməyidir”. [Müslim, Siyam 46]