Sual: Sahura qalxa bilmədiyi üçün oruc tutmayan şəxs həmin orucu qəza etməlidir?
Cavab: Ramazan ayında axşamdan növbəti günün orucuna niyyət etməyi unudan və sahura qalxa bilməyən şəxs günortaya qədər niyyət edə(rək orucunu tuta) bilər. Təbii ki, sahura qalxa bilməyən insan aclıq çəkəcək. (Aclıq səbəbilə oruc tutmamaq üçün həmin şəxsin aclıqdan ölmək, ya da ki, aclıqdan hər hansı xəstəliyə düçar olmaq təhlükəsi olmalıdır.) Bu aclığın oruc tutmamağa səbəb təşkil etməsi üçün insanın öləcək vəziyyətə gəlməsi və ya aclığın hər hansı xəstəlik səbəbi olması lazımdır. Yoxsa insan aclığı bəhanə edərək orucunu poza və ya oruc tutmaqdan imtina edə bilməz. Axşamdan niyyət edilərək yatıldığı təqdirdə gündüz vaxtı aclıq səbəbilə pozulan orucun qəzası yox, kəffarəsi yerinə yetirilməlidir. Bilərəkdən niyyət etməyərək Ramazan günü oruc tutmamaq isə Allaha üsyan sayıldığından günahdır. Sonradan həmin buraxılan oruc qəza edilməlidir. Bundan əlavə orucu qəsdən tərk edən şəxs Allahın əmrinə qarşı çıxdığına tövbə etməli və bağışlanma diləməlidir.