Sual: Sahur edib yatandan sonra oyananda qüslu pozulan şəxsin orucu pozulurmu?
Cavab: Səhər vaxtı imsak girmədən əvvəl oruc tutmaq məqsədilə yeyilən yeməyə “sahur” deyilir. Yuxuda olarkən cünub olmaq insanın ixtiyarı xaricindədir. Bu gecə və ya gündüz yatarkən baş verə bilər. Sahurdan sonra yatan, oyananda cünub olduğunu görən şəxsin orucu pozulmur. Həmin şəxs oruca davam etməlidir. Cünub olaraq gecələyən şəxs, həmçinin imsak vaxtından əvvəl heyz və nifas halları qurtardığı halda, qüsl almağa vaxt və fürsət tapa bilməyən qadın, səhər vaxtı girdikdən sonra yuyunarsa həmin günün orucu səhihdir.[1]
[1]İbn Abidin, Rəddül-Muxtar,II, 116 vd.; Züheyli, əl-Fiqhul-İslami və Ədillətuh, II, 616.