1. 520 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Əgər bir adam gecə oruca niyyət etsə, lakin səhər səhurə dura bilməsə nə etməlidir? Bu vəziyyətdə adamın səhursuz/obaşdansız oruc tutmağa gücü və taqəti yoxdursa nə etməlidir?

Cavab: Bütün islam alimləri həmfikirdir ki, səhurə dura bilməyən və hər hansı ciddi xəstəliyi olmayan bir şəxsin səhurə durmamağı üzr kimi qəbul edilmir, yəni mütləq şəkildə orucunu tutmalıdır. Lakin bir şəxsin hər hansı ciddi xəstəliyi varsa və həkim diaqnozu ilə gecə obaşdana durub yemək yemədən, eləcə də dərmanını qəbul etmədən oruc tutmasına qadağa qoyulması bundan istisna edilir.   

Dr. Anar Qurbanov




Şərh yaz